Seçicilər ən layiqli namizədə səs verəcəklər! - FOTOLAR

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

K.Qafarov yanvarın 22-də Binəqədi rayonunun Mir Cəlal və Adil Məmmədov küçələrinin bir qrup sakini ilə görüşüb. Səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüşlər zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat verib, onlarla fikir mübadiləsi aparıb.

Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə edərək, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildiriblər. (R)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar