BAKIDA APTEK SAHİBİ İNTİHAR EDİB - Dərman içərək özünü öldürüb
Baxiş sayı:
Dərc olunub:
07/02/2020 - 15:50
Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb.
Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.
O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq “Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir”, - deyə qeyd edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.