Əfvlə bağlı siyasi məhbus siyahısı ən yüksək instansiyalara təqdim olunub

Biz ölkədəki siyasi məhbusların əfv olunmaları ilə bağlı siyahını ən yüksək instansiyalara təqdim etmişik. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bunu Turana bildirib.

O, Əfv komissiyasının əfvlə bağlı iclas keçirməsi haqda dəqiq informasiyaya malik olmadığını bildirib. “Amma ümid edirik ki, Qurban bayramı ilə bağlı əfv ola bilər, əslinə qalsa indiki halda olması iqitidar üçün də, cəmiyyət üçün də yaranan gərginliyi aradan qaldırmaq üçün əsl fürsətdir”-deyə hüquq ümdafiəçisi mövqeyini açıqlayıb.

Onun fikrincə, həbsdə olan NDA-çı gənclərin əfv olunmaları ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciətli bu əfvin gerçək ola biləcəyinə ümidləri daha da artırır. “İstənilən halda, indi əfv fərmanı olması olduqca gərəklidir”-deyə N.Cəfəroğlu qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar