“Mənim qızım maşınla adam vurmayıb” - Cəmil Həsənli

“Mənim qızım maşınla adam vurmayıb. Bu barədə kim nə deyirsə, yalan deyir”. Bunu Hafta.az-açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. Cəmil Həsənli həmçinin bildirib ki, bu haqda yazılanlar həqiqəti əks etdirmir: ”Elə bir şey yoxdur. Yazanda görmürlər ki, nə yazırlar?”.

Xatırladaq ki, bu gün mediada Cəmil Həsənlinin qızının avtomobillə qəza törətdiyi və ailəsi tərəfindən gizli saxlanması ilə bağlı xəbərlər yayılıb. Yayılan xəbərlərdə 2014-cü ilin sentyabr ayının ortalarında Milli Şura sədrinin Günel adlı qızının idarə etdiyi 90-VL-983 nömrəli avtomobili ilə Yasamal rayonu Mirəli Seyidov küçəsində bir qadını vuraraq ona ağır xəsarətlər yetirdiyi və və hadisə yerindən qaçdığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar