İCRA BAŞÇISININ SƏRVƏTİ AÇIQLANDI - Obyektlər, kafelər, retoranlar, bahalı avtomobillər (Siyahı)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirir, korrupsiya əməllərində şübhəli bilinən məmurlar həbs olunur. Xüsusi yeri icra başçıları tutur. Ötən ilin oktyabrından başlayan bu əməliyyatlar nəticəsində həbs olunanların əksəriyyəti icra başçılarıdır.
Bu əməliyyatlar ayrı-ayrı rayonlara rəhbərlik edən şəxslərin onminlərlə, yüzminlərlə manat rüşvət aldığını, korrupsiyaya yol verdiyini üzə çıxarır. Sosial şəbəkələrdə yazılanlardan belə qənaətə gəlmək olar ki, gördüklərimiz icra başçılarının əyri yolla əldə etdiyi sərvətinin kiçik hissəsidir.
İmişliyə rəhbərlik etmiş Vilyam Hacıyevin həbsindən çox keçməyib. 15 ildir icra başçısı postunu tutan 62 yaşlı məmur rüşvət sayəsində xeyli daşınmaz əmlak, var-dövlət əldə edə bilib. Vilyam Hacıyevin Bakıda Teymur Əliyev küçəsində, "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə dəyəri 25 milyon dollar olduğu bildirilən imarəti var. Hacıyevin paytaxtın mərkəzi ərazilərində mənzillərini sadalamaq olar. O, icra başçısı olduğu illər ərzində yemədən-içmədən bütün məvacibini yığsaydı, metronun "Sahil” stansiyasının yaxınlığındakı beşotaqlı mənzili ala bilməzdi...
İmişlinin keçmiş icra başçısının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində də imarəti, Gəncədə, İmişlidə, Birləşmiş Ərəb Əmirliklərində, Qazaxıstanda böyük biznesinin olduğu bildirilir. Siyahı o qədər uzundur ki, bir yazını bütünlüklə Vilyam Hacıyevə həsr etmək mümkündür.
Vəziyyəti təhlil edən ekspertlər bu əməliyyatların davam edəcəyi fikrindədir. Bu fikri əsaslandıran əsas arqument də budur ki, icra başçılarının böyük əksəriyyətinin həyat tərzi də, fəaliyyəti də elə həbs edilənlər kimi olub. Ola bilsin ki, kimlərsə bu həbslərdən qorxuya düşərək, əməlinə çəki-düzən verib.
Məsələn, musavat.com-un məlumatına görə, sosial şəbəkələrdə Bərdənin icra başçısı Vidadi İsayevin sərvətilə bağlı paylaşılan məlumatları görəndə bu rayonda yoxsulların çoxluğunun səbəbini anlamaq olur. Həbib Müntəzir adlı facebook istifadəçisinin yaydığı məlumata görə, Vidadi İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektləri var. Bahalı avtomobillər, kafelər, retoranlar da öz yerində. Vidadi İsayev bölgələrdə də əzəmətli imarətlər, mağazalar tikdirib. Onun ölkədən kənarda – Rusiyada, Türkiyədə biznesi var:
Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil
H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil
Şərq küç, ev 11B ünvanında xidməti mənzil
Oğluna 100.000 manatlıq çayxana
Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan
"Ana və Uşaq” kafesi
"Təchizat BCS” MMC şirkəti
Bərdədə ikimərtəbəli mağaza
Mixaylovka kəndində bir imarət
Ağcakənddə ikinci böyük villa
Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
90-GP-555 dövlət nişanlı Toyota Prado
Mercedes G63 AMG
Bərdədə Heydər Əliyev parkında kafe
Yevlaxda əzəmətli villa
Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
Rusiyada, Türkiyədə biznes və obyektlər
Vidadi İsayev yaxın adamlarını da yaddan çıxarmayıb. İddiaya görə, oğlu, kürəkəni onun sayəsində Bakıda obyekt işlədir. Vidadi İsayevin Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyevlə quda olduğu bildirilir.
Şərhlər
Şəkinin İcra Başçısının, 1-ci müavini Həsənin və müavini Zərinənin sərvəti ondan çoxdurdur..
Cənab Prezident Binəqədinin keçmişİcra hakimi İsgəndərov haqqında da bir ölçü götürmək lazımdır. Onun bəlkə də 1 milyardı var. Neçə il o bizim sakinlərə qan uddurdu. Kim pul vermirdisə evini qoçulara dağıtdırırdı.
QARAÇI XİSLƏTLİ BİRİDİR. HƏR ŞEYİNİ ƏLİNDƏN ALIB BUNU BUNU PUŞKİNİN QIZIL BALIQ NAÖILINDAKI QARININ HALINA SALMAQ LAZIMDIR. BİR VANNASI QALSIN BİR DƏ ÖZÜ.
Kurdamirin icra ba$cisi ondan varlidi, takca narimanov rayonunda a$iiq Molla cuma 1 a kucasinda 3 adad manzil, garajda 7 adad bahali avtomobil son model bmv 540, porshe panamera, volvo X90, lexus 570, va digar avtomobillar
Əgər bu şəxs uzun illər hüquq-mühafizə orqanlarının, parlamentdə oturanların gözündən yayınıb bu işləri görə bilibsə, vallah, bu adama Nobel mükafatı düşür.
Talançı,rüşvətxor,çox qəddar və zalım insan.Haramı olsun,burnundan gəlsin minlərlə insandan min bir oyunla mənimsədiyi pullar
Bu dərə(yəni İcra başçıları.nazirlər)xəlbət niyə olub ki,belə tülkülər bəy olublaBuradan başlamaq vacibdir.Niyə bunlar nəzarətsiz saxlanılıblar?xr.
"Milyonerlər məhəlləsi" deyilən ərazi oğru məmurların talançılığına güzgü tutan ən yaxşı ünvandır.Bütün İHB-ları,Abşeron,Sumqayıt və başqalarına məxsus sərvətlər hamıya məlumdur.Təəssüf ki oğruların nağdlaşdırdığı pulların vergisinə nəzarət edənlkər də oğrularla əlbir olublar.Vaxtında məlumat verməyiblər."Zivella" dükanının arxasında Vasif Talıbovun 20 milyonluq villası var.