VARDENİSLİ BƏXTİYAR VƏ İCEVANLI NİKOL...

Etibar ƏLİYEV

Bu yaxınlarda Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Etibar Əmirovun suda boğulmaq təhlükəsi ilə üzləşən azyaşlı uşağı xilas edərək ona ilkin tibbi yardım göstərməsi haqqında televiziyada reportaja baxdım. Həyatını təhlükə altına atan polis əməkdaşına təşəkkür düşür.

Polisin göstərdiyi bu sücaəti “facebook” “qəhrəmanlarından”, başda vardenisli Bəxtiyar olmaqla, heç kim təqdir etmədi. Eyni ilə bir neçə il bundan öncə 7-ci mikrorayonda yanan 16 mərtəbəli binada polisin şücaətindən çox az adam danışdı. Belə hallar ölkəyə başucalığı gətirdiyinə görə, vardenisli Bəxtiyar kimilərə bunları təqdir etmək sərf etmir. Ancaq Yasamalda bir neçə polis nəfərinin fərdi davranışı bütün polislərə aid edilir və ölkəni biabır etməyə hazır olanlar üçün göydəndüşmə fakta çevrilir.

Azərbaycan gənclərinin inkişafına həmişə sevinmişəm. Xüsusilə xarici ölkələrdə yüksək təhsil görmüş kəsiminə. Təəssüflər olsun ki, onların içərisində nadürüst çıxanlar da olur. Onlardan biri də vardenisli Bəxtiyardır. Adam Vikipediada bioqrafiyasında ermənilərin Basarkeçərin adını dəyişib Vardenis qoyduğu yerdə doğulduğunu göstərib. Hələ bu bir yana, istinadlar bölümündə "Mən Ermənistanda, Vardenisdə doğulmuşam" (ing. I was born in Armenia, in Vardenis) - yazısını da əlavə edib.

Təhsil aldığı ölkədə beynini yuyublar bunun. O Harvardı yox, Harvard onu qurtarıb. Amerikanlar onun təhsilini ixtisası olan tətbiqi riyaziyyat üzrə deyil, "ictimai siyasət" ixtisası üzrə maliyyələşdiriblər. Bəli, məhz amerikanlar. Özləri üçün siyasətçi hazırlayıblar. Harvard təhsil verməklə yanaşı həm də mükəmməl şəxsiyyət hazırlayır. Çox təəssüflər olsun ki, bu iki keyfiyyət vardenisli Bəxtiyardan yan keçib. Atası yaşda kişilərə sən deyir, qadınları təhqir edir, ölkənin tanınmış şəxslərinə qarşı ədəbsiz ifadələr işlədir...

Azərbaycan polisinin Yasamalda etdiyi hərəkəti dövlətə qarşı çevirir. Paşinyanın əlinə oynayır. Ermənilərin bizə qarşı irəli sürdüyü murdar “arqumentlərə” dəstək verir. Özü də açıq-açığına...

Statuslarının birində görün nə yazır: “Sabah Paşinyanla debatda Nikol qayıdıb "Qarabağ erməniləri Azərbaycan tərkibində təhlükəsiz yaşaya bilməzlər, siz paytaxtınızda öz vətəndaşınızın evinə soxulub, onları çılpaq aparıb, döyüb, təhqir edib, həbs edirsiniz" desə, prezident özünü necə hiss edəcək?”

Görürsünüzmü, necə uzaqlara gedir? Vardenisli Bəxtiyar həmyerlisi İcevanlı Nikola “arqument” verir. Ardınca da Yasamalda baş verən insidentlə Xocalını bərabərləşdirir və göstərir ki, erməni qatilləri ilə Azərbaycan polisi arasında fərq yoxdur.

Bu tip adamlar ölkəni ifşa etmək üçün pusquda durublar. Paşinyan isə bunlardan donos gözləyir...

635x100

Şərhlər

müəllim 2020-06-12 12:46:35

Niyə məhz Vardenisli? Millət vəkili xirda hislərdən uzaq olmalıdır. Allahım, Azərbaycan polisini təzədən yarat!

Tanish 2020-06-12 08:25:07

Men bilen Etibar mualimin esilinde ele Icevandandir. . ABS oz mutexesisleri var. Onlarin Bextiyarlara, Ilqarlara ve REAL hereketine ehtiyaci yoxdur.

omar 2020-06-12 00:58:36

AZ/Politika başına daş,şərhi qayçılayanda ləyaqlı qayçılayın ki,biədəb görünməsin...

t.ədalət 2020-06-11 21:58:45

Doğrudan da,Azərbaycan polisi,bəlkə də polis paltarı geyindirilmiş..... Bu yolla xalqı qorxuzub yerində oturtmaq olmaz.Əksinə xalq onu təhqir və təhdid edən polisə qarşı daha da mübarizləşdi.Polisin vətəndaşın mənzilinə basqını heç vaxt yaddan çıxmayacaq.Zaman-zaman xalqı mübarizəyə səfərbər edən vasitəyə çevriləcək!

Mehdi 2020-06-11 21:46:03

Allah taala elə bir yaratsinki,gunlerin bir gunu .....Amin.

müəllim 2020-06-11 19:52:55

Təhsil eksperti Etibar müəllim qərbdən olanları sevmir Təəssüf

Azər 2020-06-11 17:39:40

Yazıda belə bir cümlə var: "Vardenisli Bəxtiyar həmyerlisi İcevanlı Nikola “arqument” verir..." Bu, biədəb məsəl var, nə eliyənin harasını kəsmir, görənin gözünü çıxardanlardandır. ...

Vardenisli, İcevanlı.. 2020-06-11 17:31:06

Görünür, elita, mətbuatla yanaşı antiAzərbaycan "elementlər" hələ çoxdur?

Muellim 2020-06-11 16:03:11

Uşağı sudan xilas etmək o polisin vəzifə borcudur və vəzif\ borcunu layiqincə yrinə yetirib. Burda şişirdiləcək bir şey yoxdur.

Adil Əliyev 2020-06-11 15:43:23

Məkan adinin cəkilməsi nə dərəcədə düzgündür..

Adil Əliyev 2020-06-11 15:17:30

Şəxsi münasbətləri bura cixarmaq nə dərəcədə doğrudur?

omar 2020-06-11 15:01:32

...Elin gözü tərəzidir,çox da zilə çıxmayın.Siz ondansa MM-də xalqın xeyrinə nlərsə təklif edin,bu vəzifənizə daha uyğun olar.z

Rəsad 2020-06-11 14:30:48

)))) eh ....

Ağayev Ağahüseyn 2020-06-11 13:50:08

AZƏRBAYCAN polisinin sıralarında LƏYAQƏTLİ insanlar coxdur vətən uqrunda canını verən hecə-necə polis qəhrəmana QARADAQDA EV vermişəm onların RUHU QARŞISINDA BAŞ ƏYİRƏM.Amma bütün sahələrdə olduqu kimi polisdə də anasının əmcəyin kəsənlər var.Yasamal hadisələrini mən POLİS ADINA YARAŞDIRMIRAM buna əxlaqsızlıq deyərlər.onlarda cəzalandırılır....

Mubariz 2020-06-11 13:41:05

.....Bəxtiyarla tanış deyiləm ,mən səni kimilərindən fərqli olaraq ,polisin qəhrəmanlığınıda ,rəzalətini də deməyi bacarıram....

Xalq 2020-06-11 13:29:26

kişiləri lüt soyundurub qadınların önündə aşağılayıb küçəyə lüt çıxardanları tərifləsin Bəxtiyar. Evinə səhər 7-də icazəsiz soxulan polisləri tərifləsin Bəxtiyar?

Son yazılar