“ORTAYA MÖVQE QOYSUNLAR...” - ""5-kolon”a sərt cavab verilməlidir"

Qüdrət Həsənqululiyev: “Qrupbazlıq, intriqalar, siyasi naşılıq, təmsil olunduqları qrupun gücündən eyforiyaya qapılıb başı gicəllənənlər təkcə iqtidar üçün yox, indiki zamanda dövlətçiliyimiz üçün də böyük təhlükə yaradır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan Respublikasının Prezidenti Şərq tərafdaşlığı ölkələrinin sammitində Paşinyanı və işğalçı Ermənistanı növbəti dəfə ifşa etdi. Bütün bunların Qarabağ probleminin həllinə təsiri barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanın terroru dəstəkləyən, işğalçı ölkə olmasını tutarlı faktlarla və güclü məntiqi ilə Avropa İttifaqının rəhbərliyinin, tədbiri izləyən Avropa siyasətçilərinin diqqətinə çatdırdı. İlham Əliyevin şəxsi hazırlığı, çevik və iti ağlı, ədalətli mövqedən çıxış etməsi istənilən polemikada Ermənistan rəhbərliyini rəzil duruma salır. Amma bir şeyi nəzərə almalıyıq ki, dünyanın siyasi xəritəsini cızan ölkələr xristian dövlətləridir, həmin dövlətlərdə xristian həmrəyliyindən məsələlərə yanaşan çoxsaylı siyasətçilər və ictimai xadimlər, çox güclü erməni diasporu və lobbisi var. Məhz bu səbəblərdən işğalçı Ermənistana beynəlxalq birliyin təzyiqlərinə nail ola bilmirik. Buna baxmayaraq, biz diplomatik müstəvidə psixoloji üstünlüyü təmin edə bilmişik. Bu çox əhəmiyyətlidir. Torpaqlarımızı işğaldan azad etməyə başlayanda Qərb və dünya siyasətçiləri bunu daha anlayışla qarşılayacaq. Diplomatik uğurlar inşallah, hərbi əməliyyatlarla məntiqi sonluğuna çatacaq və biz işğala son qoyacağıq.

- Qüdrət bəy, “5-ci kolon”un təmsilçilərinə münasibətdə Prezident mütəmadi olraq öz sərt mövqeyini ortaya qoysa da, kiçik istisnalarla Prezident Administrasiyasının məsul işçiləri, hökumət üzvüləri, icra strukturlarında yüksək vəzifə tutan şəxslər “müdrikcəsinə” susurlar. Bu nə ilə bağlı ola bilər?

- Bəziləri qarşı tərəfin təhqirlərindən, bir qismi təyin olunduqları vəzifələrə hazır olmadıqları üçün danışacaqları halda biabır olacaqlarından qorxurlar, bəzi siyasi sürüşkənlər isə “gələcək” barədə düşünərək özlərini qoruyurlar. Dövləti informasiya savaşında qorumaq, Prezidenti təhqir edənlərə cavab vermək yalnız Milii Məclisin bəzi üzvülərinin, azsaylı YAP funksionerlərinin və digər siyasi partiyaların işi olmamalıdır. Prezident Administrasiyasının rəhbərinin, şöbə müdirlərinin, hökumət üzvülərinin, siyasi vəzifə tutan hər kəsin borcu vəzifələrinin icrası ilə yanası, Azərbaycana düşmən kəsilən siyasi dairələrə cavab vermək olmalıdır. Bunu etməyənlər isə ya tutduqları vəzifələrdən qovulmalı ya da məcbur edilməlidirlər ki, ortaya mövqe qoysunlar. Qrupbazlıq, intriqalar, siyasi naşılıq, təmsil olunduqları qrupun gücündən eyforiyaya qapılıb başı gicəllənənlər təkcə iqtidar üçün yox, indiki zamanda dövlətçiliyimiz üçün də böyük təhlükə yaradır. Xalqı dövlətdən narazı salan məsələlər barədə tənqidi çıxış edənlərə münasibətdə yox, “5-kolon”a sərt cavab verilməlidir. Danışa bilməyənlər, yaxud bunu bəhanə edənlər ən azından başqasına məqalə yazdırıb altına imzalarını qoymalıdırlar. Əgər söyüş söyənlərdən çəkinmədən onlara hamılıqla cavab verilsə ölkədə sabitliyin təminatçısı olan Prezident, Birinci vitse-prezident və azsaylı insanlar hədəfə çevrilməz.

635x100

Şərhlər

vidadi goyce 2020-06-22 11:34:15

lebbey....

Veten dashı 2020-06-20 23:02:17

Qüdrət bəy yaxşı olmaz ki, belə m ,kəsrsiz dedi qoduları yığışdırıb o 5-ci kalon deyirsiz nə deyirsiz onlarla İctimai debatda xalqın gözü qarşısında görüşün biz də baxaq görək ,,kim hansı yuvanın quşudu,,..Siz axı . bilirsiz ki, belə bir debatın təsiri 100 belə yazı-pozudan təsirli ola bilər...

Dilçək İnsan Haqqını qaytarmır 2020-06-20 22:15:49

Otuz ildir milyon qarabağlının mülkü hərbi zorla alınıb, hələ sözləşirlər?

Eli 2020-06-20 20:58:55

Göresen hörmetli deputat memur biznesmen nazir-biznesmen,başçı-biznesmen anlayışlarına nece baxır.Göresen milli meclisde növbeden kenar bele bir meseleye baxilsa en aktiv deputat kim olar?

Omer 2020-06-20 20:00:42

Bəzi deputatlar deputat oldugu unudub.. Mence o ozunu yukcek cinli memur hesab edir. Muellim sizi secenlerin problemlere ile mesgul olun. Qarabağ ucun bizim guclu ordumuz VAR.. Siz su, yol ve ilaxir meselelerde mesgul olun

İlham 2020-06-20 14:44:34

Prezident xalqın namusu deməkdir.Şəxsən mən belə qəbul edirəm.Əgər kim isə qəbul etmirsə buyursun seçki qutusunda qalib gəlsin yoxsa ki, boşboğazlıq lazım deyil

Emin 2020-06-20 14:33:37

Vallah adama gülüş gəlir ki ......

Mehman 2020-06-20 14:21:27

5 ci kolon əslində heç bir faydası olmayan cib müxalifətidir...

Rza 2020-06-20 11:25:12

Millətin dövlətin taslehini həll edən problemləri qoyub 5-ci kolon axtarıçı absurddur

Rza 2020-06-20 11:22:19

Qüdrət mövqe ortaya qoymaq lazımdır. Baxır nə mövqe. Bəlkə mövqe ortaya qoyub talana, rüşvətə, yerlibazlığa, regiyonçuluğa son qoyula. Bəlkə mövqe ortaya qoyub Qarabağı düşməndən alınsın. Yoxsa kiçik işləri böyüdüb böyük və təhlükəli problemləri unutdurmaq mövqe deyil

Son yazılar