"YANIMDA BU MANYAKI GÖRƏNDƏ, FİKİRLƏŞİRDİLƏR Kİ..." - Tramp Boltonu sarsaq adlandırıb

ABŞ prezidenti Donald Tramp özünün milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu sərt şəkildə tənqid edib və onu bir vaxtlar “insanları bombalamağı təklif edən” dəli manyak adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu sözləri “Fox News” kanalında dilə gətirib.

“Onu belə fikirlərinə görə hamı sərsəm sayırdı. Bolton hətta Rusiya və Çinlə də savaşmağı təklif edirdi. Əslində bu mənə danışıqlarda üstünlük qazanmağıma səbəb olurdu. Çünki adı çəkilən ölkələrin rəhbərləri yanımda bu manyakı görəndə mənim onlara bomba atacağımı düşünürdülər”,-deyə prezident söyləyib.

Ağ Evin rəhbəri Con Boltonun öz işini bacarmadığını, sərrast ağıla malik olmadığını da deyib. “Mən hələ onun bir dəfə də olsun, güldüyünü görməmişəm. Hətta bunu onun özündən də soruşdum. Əslində bu xüsusiyyət Boltonun necə insan olduğundan xəbər verir”,-deyə Donald Tramp bildirib.

Görünür, ABŞ prezidentinin ürəyi müsahibə ilə soyumayıb.

“Mən vaxtilə Senatda təyinatı təsdiqlənməyən bir adama şans verdim. Çünki hamı onu sarsaq adlandırır və ondan acığı gəlirdi. Bu adam əsl gopçu və səriştəsizdir”,-deyə prezident tvitterdəki hesabında yazıb.

635x100

Şərhlər

Əli 2020-06-26 19:23:30

trampın dedikləri özünə qarşı çevriləcək.

Son yazılar