GÖMRÜK KOMİTƏSİNİN BİNASI SÖKÜLƏCƏK – Yeni tikilən inzibati bina Bakının Baş Planını pozur?

“Bakıda Hüseyn Cavid bağının qarşısında, Gömrük Komitəsinin və Ekologiya Nazirliyinin arasındakı yerdə yüksək mərtəbəli bina tikintisi üçün çox böyük çala qazılır. Halbuki bu zolaq paytaxtın Baş Planına görə Qış Parkının və yeni Mərkəzi Parkın davamı üçün nəzərdə tutulub”.

Bu barədə “AzPolitika.info”-ya əməkdar inşaatçı Yusif Nağıyev məlumat verib. O həmin ərazidə tikintinin yolverilməz olduğunu bildirib.

Əməkdar inşaatçının verdiyi məlumat üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğluna sorğu göndərdik.

Ramiz İdrisoğlu “AzPolitika.info”-ya açıqlamasında həmin məlumatı təsdiq edib  və bildirib ki, həmin ərazidə tikinti aparılması planlaşdırılır: “Orada Dövlət Gömrük Komitəsi (DGK) üçün yeni inzibati bina tikiləcək və bununla bağlı hazırlıq işləri aparılır. Tikintiyə icazə proseduru tamamilə yekunlaşmadığı üçün hazırda tikinti işləri tərəfimizdən dayandırılıb. Amma icazə məslələri yoluna qoyulacaq və Komitə üçün yeni bina tikiləcək”.

Ramiz İdrisoğlu qeyd edib ki, DGK-nin hazırki inzibati binası söküləcək və həmin ərazi nəqliyyatın sərbəst hərəkəti üçün genişləndiriləcək: "Yeni tikiləcək inzibati binada isə bütün infrastruktur, o cümlədən yeraltı parkinq nəzərdə tutulub. Eyni zamanda ətrafın abadlaşdırılması, yaşıllaşdırılması da nəzərdə tutulur”.

Həmin ərazidə Bakının Baş Planına zidd olaraq bina tikilməsi barədə əməkdar inşaatçının dediklərinə gəlincə, R. İdrisoğlu bildirdi ki, ümumiyyətlə paytaxtın Baş Planı təsdiq olunmayıb. 

“Qış parkı ilə Mərkəzi Parkın birləşərək həmin əraziyə qədər uzadılması da mümkün deyil. Çünki həmin ərazidə yaşayış binaları var. Mərkəzi Parkın isə İ. Qutqaşınlı küçəsinə qədər genişləndirilməsi nəzərdə tutulur”-deyə Komitə rəsmisi vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

YUSİF NAĞIYEV 2020-06-30 21:30:22

Ləğv edilməmiş,deməli qüvvədə olan köhnə Baş Plana görə Qış bulvarı C. Cabbarli meydanından (Dəmiryol voğzalından) Elmlər akademiyasıyın binasına qədər uzanmalıydı

YUSİF NAĞIYEV 2020-06-30 15:47:03

Tam məsuliyyətsiz sözlərdir, yeni Baş Plan yoxdursa, heç olmasa köhnəsinə əməl etmək lazımdır

YUSİF NAĞIYEV 2020-06-30 15:45:59

Tam məsuliyyətsiz sözlərdir, yeni Baş Plan yoxdursa, heç olmasa köhnəsinə əməl etmək lazımdır . Görülmüş abadlıq işləri ilə əlaqədar çox sayli binalar, o cümlədən yüksək mərtəbəli binalar sökülüb

aslan kənan 2020-06-30 14:46:02

Şəhərdə plansız evlər inşa edilib, nəticədə "xruşşovka"larda yaşayanlar havasızlıqdan əziyyət çəkirlər. Bunlara nə vaxt əncam çəkəcəklər?

t.ədalət 2020-06-30 13:25:49

Əgər "qış parkı" H.Cavid parkınadək uzadılmayacaqdısa,onda "sovetski" deyilən ərazinin talan edilməsi nəyə lazım imiş?Gömrük komitəsinin şəhər içərisindən çıxarılıb Abşeron rayonu ərazisinə köçürülməsi şəhərdə avtomobil sıxlığının azalmasdına da təsir edər.Ümumiyyətlə,nazirliklərin şəhərdən kənara daşınması doğru addım olardı.Onsuz da gələcək bunu tələb edəcək.

Mwh'ndis' 2020-06-30 13:18:42

Orada hərəkətin nizamlanmasə nəzərdə tutulursa o zaman Gömrwk binasının davamında; tiliklmlş çoxmrtəb'li bina da sökwlməlidie.Bu olmasa onda məlumat yalandır.

BALIKI 2020-06-30 13:05:26

1ci mikrarayon nevaxt sekulecek bu haqda serencam var artiq 5 ildir

Son yazılar