BU GÜN KORONAVİRUSDAN 9 NƏFƏR ÖLDÜ - Yoluxanların sayı yenə 500-dən yuxarıdır
Baxiş sayı:
Dərc olunub:
08/07/2020 - 18:44
Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7 355 koronavirus testi aparılıb.
Şərhlər
Karantin rejiminin gərəksiz olduğu təsdiqləndi.Reüjim heç nəyə yaramır.Sadəcə olaraq,adamların əsəbi ilə oyundan başqa bir şey deyildir.Yəni,maska və dezinfeksiya ilə bunbdan da yaxşı qorunmaq olar.