Avtomobillə vurulan jurnalistin vəziyyəti ağırdır

Avtomobil qəzasına uğrayan Avropa.info saytının əməkdaşı Sahib İslamovun durumu ağır olaraq qalır. Xatırladaq ki, dünən səhər saatlarında işə gələrkən Xocasən qəsəbəsində avtomobil vurması nəticəsində ciddi xəsarət alan Sahib İslamov Bakı şəhər Təcili Tibbi Yardım Xəctəxanasına yerləşdirilib. Onu avtomobil vurması barədə yaxınlarının bir sutka məlumatı olmayıb. Uzun axtarışdan sonra ailəsi bu haqda bu gün səhər saatlarında xəbər tutub.

Saytın rəhbəri Ruslan Bəşirli bu gün Sahib İslamova baş çəkərək onun vəziyyəti ilə maraqlanıb. R.Bəşirli bildirib ki, hazırda jurnalistin vəziyyəti ağır olaraq qalır. “S.İslamovun keçirdiyi qəza nəticəsində baş nahiyəsindən üç sümük çatı, sağ qolu və sağ ayaq nahiyəsindən üç sınıq xəsarəti müəyyən edilib. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər. Hazırda reanimasiyadadır və yanına heç kim buraxılmır”, - R.Bəşirli deyib. R.Bəşirli onu da bildirdi ki, jurnalisti vuran avtomobil sürücüsü hadisə yerindən qaçmayıb və onu xəstəxanaya yerləşdirib.(avropa.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar