Məhkəmə Gültəkin Hacıbəylinin iddiasını rədd etdi

Noyabrın 4-də Yasamal Rayon Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı iddia ərizəsinə baxılıb.

Prosesdə tərəflərin fikirləri dinlənilib. Hakim iddianı əsassız sayıb. Məhkəmənin qərarı ilə iddia ərizəsi rədd edilib.

G.Hacıbəyli M.Mehdiyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi ifadələrlə onu təhqir etdiyini əsas gətirərək keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmişdi.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar