Bakı nefti ucuzlaşmaqda davam edir

stock-photo-azeri-light-crude-oil-benchmark-200824211Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 82,7 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,7 dollar artaraq 85,82 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,72 dollar ucuzlaşaraq 86,72 dollar təşkil edib.

Qeyd edək ki, dünən ən böyük ucuzlaşma Bakı neftində qeydə alınıb. Belə ki, "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,19 dollar ucuzlaşaraq 87,44 dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar