Prezident Administrasiyası qarşısında AKSİYA... - FOTOLAR

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Prezident Administrasiyası qarşısındakı aksiya davam edir.

Aksiyaçıların Prezident Administrasiyasında dövlətin səlahiyyətli rəsmiləri tərəfindən qəbul edilən nümayəndələri danışıqların nəticələrini açıqlayıblar. Onların sözlərinə görə, Prezident Administrasiyasında bildirilib ki, bu problemlə bağlı məlumatlıdırlar və Baş Prokurorluqda "Hayan" MMC tikinti şirkəti ilə bağlı araşdırmalar aparılır. Yaxın bir ay ərzində bu araşdırmaların nəticələri narazı vətəndaşlara bilfiriləcək və onların şikayətləri ilə bağlı qərar veriləcək.

Ancaq aksiya keçirən narazı vətəndaşlar Prezident Administrasiyasından verilən bu cavabdan razı qalmayıblar. Aksiyaçılar bildiriblər ki, onların davamlı şikayətlərinə həmişə belə cavablar verilir.

Ona görə də, bir qrup qadın hazırda Prezident Administrasiyası qarşısında oturaq aksiyaya başladıqlarını bildirib.

***

Hazırda Prezident Aparatının qabağında aksiya keçirilir. "Hayan" MMC tikinti şirkətindən narazı olan Azərbaycan vətəndaşları dövlətdən yardım istəyirlər.

Narazı vətəndaşların şikayəti ondan ibarətdir ki, 9 ildir pul verib, ev aldıqları bina tikilmir. Üstəlik gələcəkdə tikiləcək bunada hər mənzil bir neçə nəfərə satılıb.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, adıçəkilən şirkətin rəhbərinin ölkədən qaçdığı bildirilir.

Aksiyaçıların bir neçə nümayəndəsi Prezident Aparatında dövlətin səlahiyyətli şəxsləri ilə görüşə gediblər. Aksiya hazırda davam edir.

Onu da qeyd edək ki, bu haqda musavat.com-da dəfələrlə materiallar dərc olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar