İRAN TERRORÇULARA SIĞINACAQ VERİR... - "Hüseyniyyun" terror təşkilatının üzvləri Azərbaycana ekstradisiya ediləcəkmi?

Ötən gün Tehranda keçirilən “Yəmən-İslam dünyasının özünə inam və qələbə nümunəsi" adlı konfransda "Hüseyniyyun" terror təşkilatının üzvləri - Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynov və Rövşən Əsədov fəxri qonaq qismində iştirak ediblər. Xatırladaq ki, bu 4 şəxs barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar.

Məlumat üçün qeyd edək ki, İsgəndər Hüseynov, Cəlilabad rayonunda anadan olub və 21 il əvvəl 1996-cı ildə ailəsi ilə birlikdə İrana qaçaraq, Qum şəhərində məskunlaşıb.

O, 2008-ci ildən Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə axtarışdadır.

Orxan Məmmədov sosial şəbəkələrdə dini kəlamlarla, siyasi analizlərlə vətəndaşları dövlətiə qarşı çıxmağa, ixtişaşlar yaratmağ səsləyib.

Qumda dini təhsil alıb və bir neçə il öncə daimi yaşayış yeri kimi İranı seçib. Tez-tez Rusiyaya səfərlər edən O.Məmmədov, Rusiyada yaşayan azərbaycanlı gənclər arasında "İslam inqilabı" ideyalarını yaymaqla məşğul olan dəstənin nümayəndələrindəndir.

Tohid İbrahimbəyli -2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq “Hüseyniyyun” (Hüseynçilər) terror təşkilatını yaradıb. “Youtube” sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb.

Rövşən Əsədov isə “Hüseynçilər” terror qruplaşmasının üzvlərindəndir. İranın “SEPAH” xüsusi xidmət orqanına çalışdığı barədə ciddi dəlillər var. R.Əsədovda da İranın Qum şəhərində məskunlaşıb.

Azərbaycanın terroçu hesab etdiyi şəxslərin İranda sərbəst fəaliyyət göstərməsi, "fəxri qonaq" kimi rəsmi tədbirlərə dəvət edilməsi nədən xəbər verir? Nəzərə alsaq ki, bu ilin avqust-sentyabr ayında İran-Azərbaycan münasibətləri böhran həddinə çatmışdı. Hazırda qarşılıqlı ittihamlar səngisə də, münasibətlər bərpa olunmayıb.

Politoloq Tural İsmayılov “AzPolitika.info”ya bildirib ki, son vaxtlar İran tərəfindən Azərbaycanla bağlı pozitiv açıqlamlar verilsə də, belə situasiyalar bunun əksini göstərir: “Bu cür hadisələr Azərbaycan cəmiyyətində İranın səmimiyyətinə şübhələr yaradır. Nəzərə almaq lazımdır ki, Azərbaycan heç vaxt İranın əleyhinə hansısa fəaliyyəti təşviq etməyib. Bizim ərazimizdən heç bir 3-cü ölkə İrana qarşı addım atmayıb. Beynəlxalq arenada İranın yeritdiyi radikal və təcrid siyasətinə baxmayaraq, Azərbaycan ikili münasibətləri hər zaman üst səviyyədə tutmağa çalışıb”.

Politoloq xatırladır ki, Prezident İlham Əliyev, işğaldan azad olunan Cəbrayıl, Zəngilan rayonlarına səfər edərkən, bu ərazilərin dost dövlətlə sərhəddə yerləşdiyini vurğulayıb: "Lakin buna baxmayaraq, uzun müddətdir dini radikalizmlə məşğul olan şəxslərin, İran ərazisindən “Facebook”, “Youtube” platformaları vasitəsi ilə xalqı dövlətlə qarşıdurmaya səsləməsi təəssüf doğurur. Nəticədə cəmiyyətdə İrana qarşı narazılıqlar artır. Bu gün İrandan idarə edilən bəzi qüvvələr ölkəmizə qarşı geniş hücum kampaniyaları aparırlar.

Azərbaycanda axtarışda olanbu şəxslərin hələ də qonşu ölkədə yaşaması, İranın onları qovmaması və ya Azərbaycana təhvil verməməsi cəmiyyətdə birmənalı qarşılanmır. İran nəinki onları təhvil vermir, bu şəxsləri müxtəlif təlimlərə, konfranslara dəvət edərək, provakativ addımlar atır. Düşünürəm ki, qısa zamanda İran - Azərbaycanla münasibətlərinin yaxşılaşması fonunda terrorçuların ekstradisiyası ilə bağlı addımlar atacaq”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Veten dashi 2021-11-26 13:34:06

Neynirsiz onlari qoy gedib ağalarının verdiyi yallı yeyib şişib partlasınlar orda.Necə-necə gənc ailələrimiz var Qum şəhərində beyinlərin yuyub canlı bomba hazırlayırlar ....Bunları da araşdırıb geri buraxmamaq lazım.

Son yazılar