DÖVLƏTİN 40 MİLYONUNU DA MALİK BABAYEV TALAYIB - Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır

Rusiyanın Peterburq şəhərində Dövlət Ermitajının rəsmi oteli olan “The Hermitage Hotel” 2,7 milyard rubl start qiyməti olmaqla hərracdan satışa çıxarılır. Bu haqda “Torgi-ru” resursu bildirir.

Şəhərin mərkəzində, Pravda küçəsində yerləşən otelin ümumi sahəsi 11 min 419 kvadratmetrdir, səkkiz mərtəbəlidir və yerləşdiyi torpaq sahəsi ilə birlikdə satılır. Hərrac yanvarın 26-na təyin edilib.

Otelin mülkiyyətçisi “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC-dir. Bu cəmiyyətin səhmlərinin 70 faizi Azərbaycan vətəndaşına, qalan 30 faizi Rusiya vətəndaşına məxsusdur. Otel 2013-cü ildə Azərbaycan Beynəlxalq Bankından ayrılan on milyonlarla dollar kredit hesabına əsaslı təmir edilmişdi. Lakin həmin kredit qaytarılmayıb və Azərbaycan Beynəlxalq Bankı “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC barəsində üç dəfə müflisləşmə iddiası qaldırmağa cəhd edib. Lakin məhkəmə iddiaları təmin etməyib.

Virtualaz.org qeyd edir ki, “The Hermitage Hotel”lə bağlı mübahisələr illərdir davam edir. Otelin əsas mülkiyyətçisi olan həmin Azərbaycan vətəndaşının adı Malik Babayevdir. Malik Babayev oteli daha əvvəlki sahibindən - qida sənayesi işçilərinin Mədəniyyət evindən 4,1 milyon dollara almışdı. Və Peterburqdakı məşhur Ermitajla anlaşaraq muzeyin adının otelin adı kimi istifadə edilməsinə razılıq alıb, əvəzində muzeyə müəyyən məbləğ ödəməyə razılaşıb.

O, sovet dövründə məşhur olan, ancaq sonradan baxımsız vəziyyətə düşən uçuq-sökük oteli aldıqdan sonra binanı restavrasiya etmək üçün Azərbaycan Beynəlxalq Bankından illik 12 faiz olmaqla dollarla kredit götürüb. Babayevin bankdan nə qədər kredit götürdüyü məlum deyil. Ancaq ekspertlər hesab edir ki, binanın restavrasiyasına və təmirinə azı 35-40 milyon dollar xərclənib.

Lakin bu kredit geri qaytarılmayıb və Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən mülkiyyətə həbs qoyulmasına dair məhkəmə iddiası qaldırılıb.. Bankdan o zaman bildiriblər ki, Babayevin şirkəti borc öhdəliklərini yerinə yetirmək istəmir. Borcun ödənilməsi xeyli müddət gecikdiyinə görə bank Babayevin girov qoyduğu əmlakı - oteli müsadirə etmək üçün iddia qaldırıb.

Malik Babayev Peterburqda daşınmaz əmlak sahəsinə investisiya qoyan biznesmendir. O, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin biznes-kompanyonlarından hesab olunurdu. "Beynəlxalq Baltik İnvestisiya Şirkəti"ni onunla birlikdə “MBA-Moskva” təsis etmişdi.

635x100

Şərhlər

Islam 2022-01-14 15:13:49

Ən gabagçiı ölkəyik ki dünyada analogu olmayan bir öllkə. Bizə hec kim bata biımez. Cünki biz öz özümüzün gənimiyiy......

Oxucu 2022-01-13 23:02:48

Dövlətin pullarını sola-sağa dağıdırlar. Kasıbın çörəyinin qiymətini sabit saxlaya bilmirlər. Neftin qiyməti qalxanda, çörəyin qiymətini azaltmırlar. Buğdanın qiyməti qalxan kimi çörəyin də qiyməti qalxır. Kasıb zavod çörəyi yeyir, bahalı qara çörək və qara ikra dövlətin sərvətlərini havaya sovuranlar üçündür.

Vətəndaş 2022-01-13 22:24:17

Bu məsələlərdə Mərkəzi bankın,Rüstəmovun da günahı danılmazdır.Amma ondan soran tapılmır.Əcaib qurluşda yaşamağa məcburuq.

Vətəndaş 2022-01-13 20:57:04

Bu məsələlərdə Mərkəzi bankın,Rüstəmovun d günahı danılmazdır.Amma ondan soran tapılmır.Əcaib qurluşda yaşamağa məcburuq.

Asif Memmedov 2022-01-13 20:56:35

Emin Efendiyev Beynelxalq Bankin Moslva filialinin mudrunun dostu olub Malik Babayev. Hele Emin pul firradib Cox adama Maskvada. Gelib Azerpoctun da bash direktoru isledi 3 il taladi.

Vətəndaş 2022-01-13 19:01:40

Misli görünməmiş talan-qarətə uğramış bir millətik. Arxası nə olacaq Allah ondan saxlasın.

əlil 2022-01-13 16:31:24

ALLAH KƏSSİN AZƏRBAYCANDA XALQDAN OĞURLUQ EDƏNLƏRİN HAMISINI!

KASIBLAR 2022-01-13 16:29:49

Kasıblardan, təqaüdçülərdən başqa hamına dövlətin milyonları hala imiş !!! Bədbəxt millət! Acından ölürsən eee! Guya pensiyanı artıracaqdılar. hanı? ELƏ ƏVVƏLKİ KİMİ QƏPİK-QURUŞ VERDİLƏR.

RT 2022-01-13 15:57:56

Yaxshidida hami talayir) yertm kasib ,,,, sorada deyiller pul yoxdu . ,,, Day memirlarmizin demey olar ki, hamsi oqrudu rushvetxordu , pul qalar bûdcese ? Yaxshidiyee Vallahi here ( memurlar) milyonnar talayir, rahatda yashayirlar.Yeqin ki, Allah qôrûr !

Son yazılar