Gömrükdə dəhşətli maxinasiya- 425.8 milyon dollarlıq malın 79.2 milyonu rəsmiləşdirilib

Azərbaycanda Gürcüstandan idxal olunan hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Bu barədə iqtisadçı Zöhrab İsmayıl özünün facebook səhifəsində məlumat paylaşıb. İqtisadçı bunu Gürcüstan və Azərbaycan gömrük komitələrinin açıqladığı rəsmi statistikaları incəliyərək üzə çıxarıb.

O, yazır:"Gürcüstanının statistika komitəsi məlumat yayıb ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində bu ölkədən Azərbaycana 425.8 milyon dollarlıq mal ixrac olunub. Həmin ixracın 207.2 mln. dollarını avtomobil ixracı təşkil edib.

Azərbaycan Gömrük Komitəsi isə məlumat verir ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində Gürcüstandan Azərbaycana 79.2 milyon dollarlıq mal gətirilib. Gürcü tərəfin məlumatından belə aydın olur ki, bu ölkədən Azərbaycana gətirilən hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar