FAZİL MƏMMƏDOV DAHA 6 ŞİRKƏTİN SAHİBİ OLDU - SİYAHI

Vergilər Nazirliyi oktyabrın 11-dən 20-ə qədər dövlət qeydiyyatından keçən kommersiya şirkətlərinin siyahısını açıqlayıb. Onların arasında birbaşa yaxud dolayısı ilə “Synergy Group” ASC şirkətlər qrupuna yaxın 6 şirkəti göstərmək olar. "Turan"ın məlumatına görə, “CAPITAL VISION”, “INVEST FUTURE”, “INVEST ALLIANCE”, “INVEST SOLUTİONS” və “SYNERGY MEDİCAL” şirkətləri “Synergy Group”la eyni ünvanda – Bakı, Z.Əliyeva küç.,55 («Yeni Həyat» biznes mərkəzi), “SHEMKİR AQROPARK” MMc isə - Şəmkir şəhərində yerləşir.

Maraqlıdır ki, Vergilər Nazirliyinin çap orqanında qanunvericiliyə zidd olaraq ilk dörd şirkətin qanuni nümayəndələri barədə məlumat yoxdu.

Bundan əlavə, kommersiya hüquqi şəxslərin reyestrinə bu şirkətlər barədə hər hansı məlumatlar daxil edilməyib.

Qeyd olunan şirkətlərin hamisinin nizamnamə kapitalı 10 000 manat təşkil edir.

İstiqlal.az saytının biznes çevrələrindən əldə etdiyi məlumata görə, “Synergy Group” ASC şirkətlər qrupu de-fakto vergilər naziri Fazil Məmmədova məxsusdur. Holdinqin idarəçiliyini Əşrəf Kamilov həyata keçirir. O, “AtaBank” ASC-nin 8%, “Bank VTB-nin (Azerbaijan)”, 0,1%, “Synergy Group” ASC-nin 99% səhminə sahibdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar