ANTİTERROR ƏMƏLİYYATI ZAMANI ÇƏKİLMİŞ REAL DÖYÜŞ KADRLARI - VİDEO

“Caliber” ilk dəfə olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qeydə alınmış unikal kadrları nümayiş etdirib.

Döyüşlərin baş verdiyi yer Ağdərə ərazisidir.

Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb.

Videoda hərbçilərimizin bir-biri ilə necə mehriban ünsiyyət qurması, əsgərlərimizi birləşdirən qardaşlıq, doğmalıq hissi xüsusi diqqət çəkir.

Həmçinin, döyüşün qızğın vaxtında şəhidlərimiz barədə məruzə edilən zaman hərbçilərimiz hər bir müsəlman və azərbaycanlı üçün müqəddəs olan ifadələri dilə gətirməyi unutmurlar.

Beləliklə, Azərbaycanın müasir tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən övladlarının görüntülərinə özünüz şahid olun:

@azpolitika

Antiterror tədbirləri zamanı çəkilmiş real döyüş kadrları

original sound - AzPolitika

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar