XOCALI SAKİNLƏRİ DOĞMA YURDDA - Evlərini öz əlləri ilə tikirlər + VİDEO

Uzun müddət sonra Malıbəyli kəndinin də həyatı dirçəldilir.

123 fərdi yaşayış evində gedən işlər üç istiqamət üzrə - təmir, bərpa və ya yenidən inşa olmaqla kateqoriyalara bölünür.

Malıbəyli kəndinin yenidən bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin sakinləridir. Onlar doğma kəndlərində həm işlə təmin olunublar, həm də Malıbəylinin sakinləri olaraq onun qurulmasında iştirak edirlər.

Ətraflı “AzTV Xəbər”in süjetində:

635x100

Şərhlər

ƏHHU 2024-02-26 00:56:55

Yaxşı olar ki, Malıbıyi kəndinin öz siması qaytarılsın. Kəndlilər evlərini öz layihələri ilə ürəkləri istədiyi kimi tiksinlər. Fərqlilik hiss olunsun. Avropasayağı kəndlər səliqəli görünsə də kəndə bənzəmirlər. Qeyri-millilikdən qaynaqlanan, doğmalıq və təbiiliyi olmayan o cür kəndlər bizə yad görünür.Kənd milli və təbii düşüncə ilə quruılanda kəndə oxşayır. Gözəl və bərəkətli olur.

Son yazılar