"QLOBAL QÜVVƏLƏR REGİONDA BÖYÜK MÜHARİBƏ HAZIRLAYIR " - "Rəsmi Bakı bu plandan xəbərdardır..."

“Qərblə İranın ortaq məqsədi Türk Birliyinin qarşısını almaqdır”

“Azərbaycanın Qarabağ zəfəri Ermənistanı dəstəkləyən Qərbi ciddi şəkildə narahat edib. Bəzi ölkələr, xüsusən də Fransa Bakı ilə yanaşı, Xankəndi, Şuşa və Zəngilan kimi, Qarabağın müxtəlif yerlərinə nüfuz etməyə çalışır. Digər tərəfdən, Ermənistana Fransa da daxil olmaqla, 8 fərqli ölkədən qabaqcıl silah-sursat idxalına start verilib. Qlobal qüvvələr 2 il müddətində regionda genişmiqyaslı münaqişə mühiti yaratmağı planlaşdırırlar. Qərblə İranın ortaq məqsədi Türk Birliyinin qarşısını almaqdır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi”ndə yayımlanan “Azərbaycan böyük müharibəyə hazırlaşır” başlıqlı məqalədə bildirilir.

Sözügedən məqalənin maraqlı hissələrinin tərcüməsini təqdim edirik:

“Azərbaycan hakimiyyətindəki mənbələrdən aldığımız məlumata görə, rəsmi Bakı bu plandan xəbərdardır. Onlar seçkiləri irəli bir tarixdə keçirməklə, qarşıdan gələn çətin prosesdə siyasi, iqtisadi və hərbi cəhətdən güclü olmağı istədiklərini bildiriblər.

Hazırda erməni işğalından azad edilən Qarabağ yenidən qurulur. Xüsusən də Zəngəzura qədər uzanan Bakı-Ağdam xəttində işlər demək olar ki, yekunlaşıb.

Beynəlxalq əlaqələr üzrə ekspert Taleh Əliyev bu barədə bunları deyib: “Xarici qüvvələrin məqsədi bu dəhlizi neytrallaşdırmaqdır. Biz bu cür kritik dəhlizi ermənilərin təşəbbüsünə və ya müxtəlif xarici qüvvələrə buraxmayacağıq. Türk dünyasını birləşdirən bu layihə yeni Qafqaz xəritələri hazırlayan aktyorları qorxudur. Ona görə də Türk Birliyinin əsas elementini sabotaj edirlər”.

Azərbaycanı ən yaxşı tanıyan türk komandirlərindən olan sabiq briqada generalı Yücel Karauz isə prosesi belə şərh edib: “Türkiyə və Azərbaycan təhlükənin fərqindədir. Birgə ordu strukturunu qəbul edən iki ölkə indi ortaq hava məkanı layihəsini icra edirlər. Bütün təyyarələr birgə hərəkət edir. Gəncədəki hər bir hərəkət Elazığdakı bazadan izlənilir. Yaxud Bakıda, Xəzərdə nə baş verirsə, Egeydəki türk hərbi ünsürləri bundan xəbərdardırlar. Bütün silah sistemlərimiz inteqrasiya olunub. Aramızda NATO-nun 5-ci maddəsinə ekvivalent olan əməkdaşlıq müqaviləsi imzalanıb”.


Qarabağın yenidən Azərbaycana birləşdirilməsi regionun bir çox ölkələrinin layihələrini dərindən sarsıtdı. İran və Fransa illərdir istismar etdikləri qızıl və mis yataqlarını itiriblər. İran regionda ticarət və narkotik vasitələrin daşınması layihəsini də əlindən çıxarıb. Qafqazda Rusiya, İran və Fransa arasında nüfuz mübarizəsində mühüm yer tutan Qarabağın yeni statusu ilə yanaşı, Ukrayna müharibəsi, enerji və kənd təsərrüfatı sahələrində yeni balansın yaranması da bölgənin əhəmiyyətini artırıb.

Azərbaycanlı ekspert Elməddin Behdud bildirib ki, Cənubi Qafqazla bağlı müxtəlif hesablar var: “Qəzza gərginliyi Livan, Suriya, İraq və İranı əhatə edərsə, bu vəziyyətin Qarabağa da yansıması ehtimalı yüksəkdir. Dövlətimiz erməni təhlükəsi ilə yanaşı, bu ehtimalı da nəzərə alır. Azərbaycanı zəiflətmək adı ilə talış, tat və kürd vətəndaşlarımızı təhrik etmək planları qururlar. Türkiyə ilə hərbi, iqtisadi və milli bağ qurduq. Əgər təxribat və ya hücum olarsa, prosesin sonunda hələ də erməni işğalı altında olan Gorus, Sisyan, Mehri və Qafan Azərbaycana birləşəcək”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar