PREZİDENT İKİ NƏFƏRƏ ALİ XÜSUSİ RÜTBƏ VERDİ - Sərəncam (Yenilənib)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

Həmin şəxslər aşağıdakılardır:

Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Vəliyev İlkin Etibar oğlu.

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Musayev Orxan Azad oğlu

1-ci dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Abdullayev Vəli Həsən oğlu

Kəngərli Cavid Muxtar oğlu

Musayev Fəxrəddin Binnət oğlu

Süleymanlı Elxan Süleyman oğlu

Şahinzadə Fərman İlham oğlu

2-ci dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Mahmudov Fuad Malik oğlu

Məhərrəmov Ramiz Bulut oğlu

3-cü dərəcəli "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Əhmədov Rəşad Kazım oğlu.

635x100

Şərhlər

Səhmdar 2024-02-20 22:15:08

Şəki Bazar ASC-də ildə ən azı 600,0 min manat vergidən yayınmaya yol verilir. Vergi əməkdaşları tərəfindən belə qanunsuzluqlara göz yumulur ......................?

Son yazılar