RAUF HÜSEYNOV BU VƏZİFƏYƏ TƏYİN OLUNDU - FOTO

Rauf Hüseynov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov əmr imzalayıb.

O, son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

Qeyd edək ki, R. Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri vəzifəsində işləyib.

635x100

Şərhlər

Sadiq 2024-03-03 16:11:50

Belə davam etsə bir gün süpürgəçini də aparat rəisi tərin edəcəklər .

Almac 2024-03-02 18:51:39

Özünə,şəxiyyətinə hörmət etməyi bacarmayan,,ixtisasına,bacara bildiyi işə .iş təcrübəsi olmadan vəzifələrə can atan insanlardan nə onun ailəsi.nə döblət.nə də cəmiyyət fayda görə bilməz.belə təyinatların isə rüşvət .qohumluq və milli qarıqlıq səbəb olduğunun isə təsdiqləməyə ehtiyac qalmır.

Aslan 2024-02-29 23:02:19

Bunları bir-bir çıxaran kimdir?Adam gəlin gətirəndə baxmaz ki.bu qızdır ya oğlan?Bunnların vəzifələrinə uyğun nə ixtisası.nə biliyi nə də iş təcrübəsi var.Öyrənərlər?Onlar öyrənincə qatar gedər.

Oxucu 2024-02-28 21:12:04

İxtisasa uyğun olaraq təyinat olsa, onda uğur gözləmək olar ?

aydın 2024-02-27 16:14:23

Bank hara minatəmizləmə hara? ....

Son yazılar