“KREML ƏYLƏCƏ BASMAYACAQ, DƏRHAL NÜVƏ MÜNAQİŞƏSİ OLACAQ” – “Rusiya hakimiyyəti üçün son hədd yoxdur, Ukraynanın gələcək taleyi isə...”

Qriqori Yavlinski: “Moskvanın kapitulyasiyası olmayacaq, bunu unutmaq lazımdır”

“Atəşkəsdən imtina edən siyasətçilər buna gətirib çıxaracaqlar ki, Ukraynada çöküş və darmadağın baş verəcək”

“Təəssüf ki, Rusiya cəmiyyəti dəyişikliklərə hazır deyil”.

“AzPolitika” xəbər verir ki, bunu “Yabloko” partiyasının lideri, Rusiyanın ən təcrübəli və tanınmış siyasətçilərindən biri sayılan Qriqori Yavlinski “Exo Moskvı”nın efirində deyib.

Yavlinski ilk öncə Aleksey Navalnının ölümü barədə danışıb. Deyib ki, Rusiyada 30 ilə yaxındır repressiv penitensiar sistem yaradılıb və hakimiyyət onun vasitəsilə təkcə siyasi rəqiblərini məhv etmir. Bu sistem həm də ümumilikdə məhbusların alçaldılmasına, işgəncəyə məruz qalmasına, lazım gəldikdə isə məhvinə xidmət edir.

Siyasətçi hesab edir ki, ölkədəki penitensiar sistem ümumilikdə Rusiyada hökm sürən siyasi sistemin məhsuludur və bu sistem dəyişmədikcə, Rusiya penitensiar xidməti öz “işini” davam etdirəcək.

Yavlinski cəmiyyətin Navalnının ölümünə münasibətini də təhlil edib və deyib ki, müxtəlif məlumatlara görə, onun dəfninə 15-16 minə yaxın insan gəlib. Hansı ki, Boris Nemtsovun dəfninə 70 min, akademik Andrey Saxarovun dəfninə 700 min, İosif Stalinin dəfninə isə 2 milyon insan toplaşmışdı.

Yavlinski hesab edir ki, bütün bunlar Rusiya cəmiyyətinin real durumunu ortaya qoyur. Bununla yanaşı, Yavlinski hesab edir ki, Navalnının dəfnini həddindən artıq siyasiləşdirmək də doğru olmaz...

Onun fikrincə, Rusiya cəmiyyətinin bu cür acınacaqlı vəziyyətə düşməsinin üç əsas səbəbi var: “Birincisi, insanlar nə baş verdiyini anlamırlar, ikincisi qorxurlar, üçüncüsü isə hakimiyyətin təbliğatı öz işini görür”.

Yavlinski bildirib ki, Kreml Rusiyada normal cəmiyyətin formalaşmasında maraqlı deyil və bunun üçün əlindən gələni edir: “Onlar istəyirlər ki, ayrı-ayrı adamlar olsun, cəmiyyət isə olmasın”.

Siyasətçi deyib ki, hazırda Rusiyada baş verənlər postsovet modernləşməsinin çöküşünü əks etdirir: “Bu sistemin bünövrəsi 1990-cı illərdə islahatlarda yol verilən səhvlər və cinayətlərlə qoyulub. Nəticədə Stalinizmə, Sovet sisteminə siyasi qiymət verilməsindən imtina edilməsi və hazırkı rəhbərin hakimiyyətə gətirilməsi baş verdi. Son 20 ildə bu sistemin tam formalaşması başa çatdı. Bizim indi yaşadıqlarımız isə postsovet modernizasiyasının çöküşüdür. O, başa çatır. Özü də vəhşi formada başa çatır. Bu, “xüsusi hərbi əməliyyat”da və digər hadisələrdə özünü göstərir. Bu, istənilən insan üçün təhlükəli sistemdir. Bəs insanlar nə etməlidir?

Birincisi, onlar ciddi şəkildə dərk etməlidirlər ki, Rusiyada nə və niyə baş verir. Bunu anlayanlar çox azdır. İndi çox pis, çox ağır vəziyyətdir. Ancaq gələcəyə inanmaq və bu barədə danışmaq lazımdır. Sonra hansısa an gələcək. Bu, nə vaxt baş verəcək, bilmirəm. Tarix belə qurulub, hansısa anda imkanlar pəncərəsi yaranır. Həmin ana və ondan istifadə etməyə hazır olmalıyıq”.

Yavlinski Putinin fevralın 29-da Federal Məclisə müraciətinə də toxunub: “Onun seçki proqramı nə idi – “Mən sizə pul verəcəm. Siz kasıb adamlarsınız...” Onun səsləndirdiyi məbləği təsəvvür edirsiniz? 17 trilyon rubl – təxminən 190 milyard dollar. Bu, çox böyük məbləğdir. Məsələ ondadır ki, bu pullar büdcədə yoxdur! Vergilər məsələsi açıq qalıb. İndi ona deyəcəklər ki, bunun üçün vergiləri və s. artırmaq lazımdır. Deməli, vergilər artacaq, inflyasiya baş verəcək və sair. O, “əməyə və müdafiəyə hazırlıq”, “doğuşun artırılması” və sair barədə danışdı. Ancaq gələcək barədə heç nə demədi... İnsanlar anlamalıdırlar ki, “ənənəvi dəyərlər” qadın və kişi tualetlərinin ayr-ayrı olmasından ibarət deyil. İnsanlar anlamalıdırlar ki, siyasətçi üçün ən başlıca dəyər insan həyatı və ləyaqəti olmalıdır...”

Yavlinskiyə martın 15-17-də keçiriləcək prezident seçkilərilə bağlı sual verilib. O, deyib ki, “Yabloko” partiyası gələn həftə öz rəsmi mövqeyini açıqlayacaq.

“Bəs siz insanlara, öz seçicilərinizə seçkidə nəyi məsləhət görüsünüz” sualına isə Yavlinski “necə istəyirlər, elə də etsinlər”, - deyə cavab verib: “Bu, mənim siyasi mövqeyimdir”.

O, əlavə edib ki, şəxsən özü səsverməyə getməyəcək.

Ukrayna mövzusu barədə də danışan Yavlinski qeyd edib ki, hazırda atəşkəsin əldə olunmasının alternativi yoxdur: “Bu gün Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurmada atəşkəs məsələsi tarixi miqyasda kritik məsələdir. Bunu 2022-2023-cü ilin noyabr-fevral aylarında dayandırmaq mümkün və lazım idi. Amma bu gün daha aydın görünür ki, hərbi əməliyyatların davam etdirilməsi çoxsaylı yeni itkilərə, böyük dağıntılara, çox ciddi iqtisadi problemlərə, habelə nüvə silahından istifadə etməklə real geosiyasi toqquşma təhlükəsinin artmasına gətirib çıxarır. Dərhal atəşkəs lazımdır - övladlarımızı və nəvələrimizi gələcəyindən məhrum etməmək üçün, insanların həyatını xilas etmək üçün atəşkəs lazımdır”.

Jurnalistlərin “gələcək görünmür” replikasına isə Yavlinski belə cavab verib: “Alman nasizmi dövründə də gələcək görünmürdü... Son dövrdə NATO ilə bağlı situasiya çox kəskinləşir. İnsan həyatı məsələsi sanki dünyanın gündəmində yoxdur. Gələcəklə, məsələn, Ukraynanın, elə Rusiyanın da gələcəyi ilə bağlı isə fantaziyalardan başqa heç nə müzakirə olunmur. Bu, mövcud vəziyyətə çox ucuz və alçaq yanaşmadır... 

NATO ilə bağlı məsələlər və Rusiya Prezidentinin NATO ilə toqquşma halında nüvə silahının tətbiqinə dair birbaşa bəyanatları bir daha hamıya onu deyir ki, dayanmaq lazımdır! Atəşkəs olmalıdır. Danışıqlar başlamalıdır, bu danışıqların nə qədər davam edəcəyi və nə ilə bitəcəyi başqa məsələdir. Əsas odur ki, insanların öldürülməsi və bütün bunların çöküşə səbəb olmasının qarşısı alınsın. Bu, həm də nüvə münaqişəsinin baş vermə ehtimalını azaldacaq, hansı ki, bu təhlükə getdikcə daha da yaxınlaşır. “Bu, olmayacaq”, “blefdir” kimi sadəlövh yanaşmalara cavab olaraq deyirəm ki, Rusiya tərəfində (hakimyyətində) heç kim əyləcə basmayacaq... Rusiyanın, Moskvanın kapitulyasiyası olmayacaq. Bunu unutmaq lazımdır, indi başqa dövrdür, başqa silahlardır. Hər şey çox pisdir. Moskvanın kapitulyasiyası perspektivi mövcud deyil. Ukraynalılar müharibəni davam etdirmək istəyirlər. Zalujnını dəyişmələri və digər hərəkətləri bunu göstərir. Bəlkə onlar ümid edirlər ki, üçüncü qüvvə (NATO-red.) qoşulacaq? Bəlkə bununla bağlı gizli danışıqlar gedir? Demək istəyirəm ki, Rusiya Silahlı Qüvvələri konvensional, adi silahlar sarıdan NATO qüvvələrindən müqayisə edilməyəcək dərəcədə zəifdir – bütün parametrlərinə görə. Ona görə də dərhal nüvə münaqişəsi olacaq. Vəssalam. Heç bir aralıq hadisələr olmayacaq. Ona görə də Makronun bəyanatını digər ölkələr dəstəkləmədilər. Çünki onlar vəziyyəti başa düşürlər”.

Jurnalistlər Yavlinskiyə irad bildiriblər ki, bununla da o, Ukraynanı kapitulyasiyaya çağırmış olur. Siyasətçi cavabında deyib: “Bunu mən bir il əvvəl sizin verilişinizdə demişdim ki, atəşkəs olmasa, insanlar öləcək və cəbhədə heç nə dəyişməyəcək. Bir il keçdi, heç nə dəyişmədi... Əgər indi atəşkəs əldə olunmasa, Ukraynanın gələcək taleyi həll olunacaq. Bu, çox pis bitəcək. Çünki onların gücü yoxdur. Çünki bu, başqa ölkədir. Çünki orada əhval-ruhiyyə artıq başqa cürdür. Çünki dağıntılar oranı pis vəziyyətə salıb, insanları küçələrdən tutub orduya göndərirlər və sair. Bu, çox ağrılı və kədərlidir. Ona görə də atəşkəs və danışıqlar cəhdi eyni zamanda, Ukrayna dövlətçiliyinin qorunub saxlanması cəhdi deməkdir. Bununla da məsələnin həllini 3 il ərzində, 5 il ərzində, yaxud hansısa daha artıq dövrdə axtarmaq olar. Əlbəttə ki, əgər indi hər şey çöküşlə yekunlaşmasa... Hər şey buna doğru gedir. Atəşkəsdən imtina edən siyasətçilər buna gətirib çıxaracaqlar ki, Ukraynada çöküş və darmadağın baş verəcək. Kimsə başa düşmürsə, bir daha deyirəm ki, Rusiya rəhbərliyi üçün son hədd yoxdur. Kapitulyasiyaya gəlincə, əksinə, mənim mövqeyim ona xidmət edir ki, Ukrayna Avropa ölkəsi kimi mövcudluğunu saxlasın. O cümlədən də Rusiya və Ukrayna insanlarının həyatı qorunsun. Məsələnin həlli bundadır. Dayanmaq lazımdır...”

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

N.Seyfeli. 2024-03-12 13:11:30

Deyirsiniz ki, nuve tehlukesine gore avropa- amerika geri cekilsin, rusiyada sherqi avropani ishgal edib, varshava muqavilesini berpa edib, dunyaya meydan oxusun? Absurddur, rusiya can verir, onu shishirtmek lazim deyil ! Ne amerika, nede avropa geri cekilen deyiller.

Moshu 2024-03-08 09:11:29

Hörmətli Azpolitika, ilk növbədə saytınızla əməkdaşlıq edən bütün xanımları bayram münasibətilə təbrik edirəm, sağlıqlı ömür, ailə səadəti, işlərində uğurlar arzulayıram. Hörmətli Azpolitika, yazının səhv variantının silinməsini xahiş etmişdim, səhv variant saytda qalıb, düz variant silinib. Düz variantı bir daha ünvanlayıram. Qriqoriy Yavlinski nəinki postsovet məkanında tanınmış iqtisadçı, yəhudi-ukraynalı əsilli siyasət adamıdır. O nadir hallarda hansısa müsahibəni verir. Rusiyada prezident seçkiləri ərəfəsində verdiyi müsahibəni də belələrindən hesab etmək olar. Çox savadlı, ölçülüb-biçilən təhlildir. Yetimə gəl-gəl deyən çox olar, çörək verən isə yox. Demokratiyanın beşiyi hesab edilən Amerika, o cümlədən qoca Qərb həmişə öz maraqlarına üstünlük verib. Uinston Çörçill vaxtı ilə demişdir: İngiltərənin daimi dostu və daimi düşməni yoxdur, onun daimi marağı var. Bu gün Ukrayna silah sarıdan böyük problemlərlə üzləşib. Gah Konqresdə yardım verəcəklərini elan edirlər, gah ləngidirlər, Avropadan isə yetim payı verilir. Belə nəticəyə gəlmək olar ki, bu müharibənin Ukraynaya xeyir verəcəyi bir şey yoxdur. Sanksiyalar tətbiq edilməsinə baxmayaraq Rusiyanın da bir sıra ölkələr tərəfindən maliyyə dəstəyi alması onun məğlub olmasına əsas vermir. Bəlkə də səhv edirəm, biz həvəslə baxdığımız “boyevik”, ölümsaçan, reket, banditizmlə bağlı filmlərin heç biri ABŞ-da nümayiş etdirilmir, bu ölkənin siyasətidir. Belə filmlər bizlərə idxal edilir. ABŞ nə Ukraynanın, nə də Rusiyanın nə qələbəsini, nə də məğlubiyyətini arzulamır. Bu müharibə onlara sərf edir və nə qədər davam edəcəyi məlum deyil. Bilmirəm, hörmətli oxucularımızın məlumatı varmı? Böyük Vətən müharibəsi ərəfəsində və ya sonra İosif Stalin SSRİ-nin çətin vaxtında onun inkişafı üçün Krımı 50 milyon ABŞ dollarına maqnat Rokfellerə satmışdır. Əsas məqsəd burada İsrail yaratmaq idi. ABŞ prezidenti Ruzvelt də bu layihəyə böyük məbləğdə sərmayə qoymuş və çeklər əldə etmişdir. Xatırlayırsınızsa, Böyük Vətən müharibəsindən sonra 3 dövlətin başçıları nədənsə konfrans üçün görüş yerini Yaltanı seçmişlər. Bu Ruzveltin istəyi olmuşdur (o sərmayə qoyduğu yerə baxmaq istəyirdi), Çörçil də buna etiraz etməmişdir və İosif Stalin bu görüşün məhz Yaltada keçirilməsinə razı olmuşdur. Bilmədiyimiz çox şeylər var. Volodimir Zelenski İsrailin və ABŞ-ın, Putin ABŞ-ın və Qərbin birgə layihəsidir. Nəticəni özünüz çıxarın.

Moshu 2024-03-07 20:27:55

Qriqoriy Yavlinski nəinki postsovet məkanında tanınmış iqtisadçı, yəhudi-ukraynalı əsilli siyasət adamıdır. O nadir hallarda hansısa müsahibə verir. Rusiyada prezident seçkiləri ərəfəsində verdiyi müsahibəni də belələrindən hesab etmək olar. Çox savadlı, ölçülüb-biçilən təhlildir. Yetimə gəl-gəl deyən çox olar, Iqtisadçı Qriqoriy Yavlinski nəinki postsovet məkanında tanınmış iqtisadçı, yəhudi-ukraynalı mənşəli siyasət adamıdır. O nadir hallarda hansısa müsahibə verir. Rusiyada prezident seçkiləri ərəfəsində verdiyi müsahibəni də belələrindən hesab etmək olar. Çox savadlı, ölçülüb-biçilən təhlildir. Yetimə gəl-gəl deyən çox olar, çörək verən isə yox. Demokratiyanın beşiyi hesab edilən Amerika, o cümlədən qoca Qərb həmişə öz maraqlarına üstünlük verib. Uinston Çörçill vaxtı ilə demişdir: İngiltərənin daimi dostu və daimi düşməni yoxdur, onun daimi marağı var. Bu gün Ukrayna silah sarıdan böyük problemlərlə üzləşib. Gah Konqresdə yardım verəcəklərini elan edirlər, gah ləngidirlər, Avropadan yetim payı verilir. Belə nəticəyə gəlmək olar ki, bu müharibənin Ukraynaya xeyir verəcəyi bir şey yoxdur. Rusiyanın da sanksiyalar tətbiq edilməsinə baxmayaraq bir sıra ölkələr tərəfindən maliyyə dəstəyi alması onun məğlub olmasına əsas vermir. atmaq istəyirdilər. ABŞ prezidenti Ruzvelt də böyük məbləğdə investisiya qoymuş və çeklər əldə etmişdir. Xatırlayırsınızsa, Böyük Vətən müharibəsindən sonra 3 dövlətin başçıları nədənsə konfrans üçün görüş yerini Yaltanı seçmişlər. Bu Ruzveltin istəyi olmuşdur (o dollar qoyduğu yerə baxmaq istəyirdi), Çörçil də buna etiraz etməmişdir və İosif Stalin bu görüşün məhz Yaltada keçirilməsinə razı olmuşdur. Bilmədiyimiz çox şeylər var. Volodimir Zelenski İsrailin və ABŞ-ın, Putin ABŞ-ın və Qərbin birgə layihəsidir. Nəticəni özünüz çıxarın. çörək verən isə yox. Amerika, o cümlədən qoca Qərb həmişə öz maraqlarına üstünlük verib. Uinston Çörçill vaxtı ilə demişdir: İngiltərənin daimi dostu və daimi düşməni yoxdur, onun daimi marağı var. Bu gün Ukrayna silah sarıdan böyük problemlərlə üzləşib. Gah Konqresdə yardım verəcəklərini elan edirlər, gah ləngidirlər, Avropadan yetim payı verilir. Belə nəticəyə gəlmək olar ki, bu müharibənin Ukraynaya xeyir verəcəyi bir şey yoxdur. Rusiyanın da sanksiyalar tətbiq edilməsinə baxmayaraq bir sıra ölkələr tərəfindən maliyyə dəstəyi alması onun məğlub olmasına əsas vermir. Bəlkə də səhv edirəm, biz həvəslə baxdığımız “boyevik”, ölümsaçan, reket, banditizmlə bağlı filmlərin heç biri ABŞ-da nümayiş etdirilmir, bu ölkənin siyasətidir. ABŞ nə Ukraynanın, nə də Rusiyanın nə qələbəsini, nə də məğlubiyyətini arzulamır. Hörmətli oxucularımızın məlumatı varmı? Böyük Vətən müharibəsi ərəfəsində və ya sonra İosif Stalin SSRİ-nin çətin vaxtında onun inkişafı üçün Krımı 50 milyon ABŞ dollarına Rokfellerə satmışdır, çünki burada İzrail yaratmaq istəyirdilər. ABŞ prezidenti Ruzvelt də böyük məbləğdə investisiya qoymuş və çeklər əldə etmişdir. Xatırlayırsınızsa, 3 dövlətin başçıları nədənsə konfrans üçün görüş yerini Yaltanı seçmişlər. Bu Ruzveltin istəyi olmuşdur (o dollar qoyduğu yerə baxmaq istəyirdi), Çörçil də buna etiraz etməmişdir və İosif Stalin bu görüşün məhz Yaltada keçirilməsinə razı olmuşdur. Bilmədiyimiz çox şeylər var. Volodimir Zelenski İsrailin və ABŞ-ın, Putin isə ABŞ-ın və Qərbin birgə layihəsidir. Nəticəni özünüz çıxarın.

Eldeniz 2024-03-07 07:26:01

Bunlar hele de imperiya sevdalarindan el cekmek istemirler ..niye demir ki , ozleri tecavuz edib Ukrayna erazisine bir bele belalar acib ukraynalilarin basina ..

Füzuli 2024-03-06 21:10:41

Tam doqrudur Yavlinski dediyi kimi olacag Rus düşüncəsini bilmək ücün uşagligdan rus dilində danişmag SSSRİ ordusunda xidmət etmək və azi 10 il Rusiyada yaşamag gərəkdir!

SANANİ 2024-03-06 21:05:06

Bu Putinin istədiklərini deyir Qorxusundan Navalninin dəfninə də gəlməmişdi Adam tapin sözünü yazmağa

Son yazılar