Keçmiş nazirdən üz döndərən generallar

Səfər Əbiyev tərəfindən vəzifəyə gətirilən general Qorxmaz Qarayev dəvət edilsə də onun oğlunun toyunda iştirak etməyib

Noyabrın 3-ü keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun “Buta Palace” şadlıq sarayında toyu oldu. Toy mərasimi Səfər Əbiyevin vəzifədən azad olunması ilə eyni vaxta təsadüf etdiyindən mətbuatın və ictimaiyyətin böyük marağına səbəb olmuşdu.

Bu yaxınlarda keçmiş nazirin övladının toyu ərəfəsində Müdafiə nazirliyində yaranan ajiotajla bağlı “Axar.az”a ilginc məlumatlar daxil olub. Müdafiə Nazirliyinin yüksək çinli zabiti tərəfindən “Axar.az”a verilən məlumata görə, toydan bir gün əvvəl yeni nazir Zakir Həsənov toya dəvət edilən nazirlik əməkdaşları ilə iclas keçirib. Zakir Həsənov Səfər Əbiyevə hörmət əlaməti olaraq əməkdaşların toyda iştirak etməsini istəyib. Yeni nazirin istəyinə baxmayaraq, bəzi yüksək çinli zabitlər Səfər Əbiyevin övladının xeyir işində iştirak etməkdən imtina edib.

Hadisənin şahidi olan nazirlikdəki qaynağımız bildirir ki, vaxtilə Səfər Əbiyevin vəzifəyə cəlb etdiyi və onun yaxın adamı hesab edilən general Qorxmaz Qarayev da dəvəti geri çevirənlər sırasında olub.

Mənbəmiz onu da bildirir ki, vaxtilə Heydər Əliyevin vəzifədən azad etdiyi Qorxmaz Qarayev eks-prezidentin vəfatından sonra Səfər Əbiyev tərəfindən vəzifəyə gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar