Ali Hərbi Məktəbin qərargah rəisi vəzifəsindən azad edildi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) qərargah rəisi, polkovnik Mirzəli Yusifov vəzifəsindən azad edilib.

Məlumata görə, sərəncama göndərilmiş M. Yusifov ötən gün hərbi məktəbin şəxsi heyət ilə görüşərək məktəbi tərk edib.

M. Yusifov APA-ya açıqlamasında hərbi məktəbdəki işindən uzaqlaşdığını təsdiq edib: «Mən indi məzuniyyətdəyəm. Artıq hərbi məktəbdə işləmirəm».

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. (APA)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar