70 MİLYONLUQ MÜDHİŞ FIRILDAGIN YENİ SİRLƏRİ AÇILIR- Qohumları Arif Əsgərovu ifşa etməyə başladı

Yeyintiyə görə Əsgərovların "qurban" verdiyi Rahib Hüseynovun anası özünü öldürmək istəyib

“Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədrinın mülklərinin kiçik siyahısı açıqlandı

“Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun yaxın qohumu Rahib Hüseynovun 48 milyon manatlıq yeyintiyə görə həbs olunması ilə bağlı qalmaqal davam edir. Həbs olunana qədər ADDY QSC-nin marketinq şöbəsinin rəisi işləmiş Rahib Hüseynov bu əməliyyatı tək həyata keçirmədiyi, onun dəmir yollarının təchizat sistemində işləyən, hadisədən sonra Moskvaya qaçdığı iddia olunan («AzPolitika.info»ya təqdim olunan məlumatda onun Bakıda olduğu, sadəcə həbs edilməməsi üçün gizlədildiyi bildirilir-müəl.) qardaşı Emin Hüseynov və Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak etdiyi bildirilir. Azərbaycan dəmiryolları şəbəkəsinin təchizatını inhisara alan “Liman Group” adlı iri şirkətin rəhbəri Elnar Əsgərovun adının çoxmilyonluq maliyyə fırıldağında hallanması diqqətləri bu hadisənin üzərinə daha çox çəkib.

“AzPolitika.info"-ya verilən məlumatda bu məbləğin ən azı 70 milyon olduğu, bir çox tanınmş adamların müxtəlif səbəblərdən susduğu bildirilib. Qeyd edək ki, bu məsələyə görə həm aldadılan sahibkarlarlar Arif Əsgərovun özünü və onun oğlunu ittiham edirlər. Bu haqda saytımmızda məlmat verilib. Ancaq indi A.Əsgərov ohumlarının ittihamları və tələbləri ilə üzləşib.

Xatırladaq ki, həbs olunan Rahib Hüseynov A.Əsgərovun baldızı oğludu və onun tabeliyində çalışıb. “AzPolitika.info"-ya verilən məlumatda Rahib Hüseynovun Arif Əsgərova qonşu otaqda oturduğu, pulları da əsasən burda yığdığı bildirilirib. Eyni zamanda Arif Əsgərovun "Vorovski" qəsəbəsidəki villasının qarşısında pul toplandğı bildirilib: «Rahib Hüseynovun kabineti ilə Arif Əsgərovun kabineti bir mərtəbədə yerləşirdi. Pullar da ya o kabinetdə yiğılırdı, ya da Arif Əsgərovun «Vorovski» qəsəbəsində yerləşən evinin önündə. Əgər Arif Əsgərovun evininin önündə videoizləyici varsa, bunu sübut etmək elə də çətin olmaz».

Zərərçəkmişlərdən biri tərəfindən saytımıza verilən məlumatlarda iddia edilib ki, Elnar Əsgərov, Rahib Hüseynov və Emin Hüseynov 3 ilə yaxın idi ki, insanlardan pul yığırlarmış: «Hamıya deyirdilər ki, dəmiryol proyekti üçün pul yığılır (bu proyekt barədə yuxarıda məlumat vermişik-müəl.). Deyirdilər ki, bu proyekt Arif Əsgərovun proyektidi, nə qədər çox pul qoyulsa, o qədər yaxşı gazanc olar».

Saytımıza verilən məlumatda sahibkarlardan pulun hansı adla yığılmasına da aydınlıq gətirmişdi. Qeyd olunurdu ki, pulların yığılmasını həqiqətən Hüseynov qardaşları həyata keçirib. «Onlar bildirirdilər ki, zavodumuz var, ADDY QSC-yə mal veririk. Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun əlilə. Elnar Əsgərov da bəzi sahibkarlarla görüşündə bunu təsdiqləyib ki, bu səbəbdən də hamı onlara inanıb.

Söhbət TSP-366 (ÜP-366) adlanan, dəmir yolunda relslərin altına qoyulan amortisaziya alətindən gedir. Onun birini xaricdən Azərbaycana gətirmək 0,28 qəpiyə başa gəlir. Ancaq ADDY QSC-nin rəhbərliyi tərəfindən onun biri dövlətə 3 manat 60 qəpikdən sənədləşdirilir. Hər partiyada TSP-366-dan ən azı 5 milyon ədəd sifariş olunur. Yəni, hər partiyada 15-17 milyon manat dövlət vəsaiti mənimsənilir.

Bunlar da iddia edirdi ki, biz TSP-366-nın istehsalı ilə məşğul olan zavod açmışıq. Aparıb sahibkarlara bir zavod da göstərmişdilər ki, bura bizimdir. Və deyirdilər ki, xammal almağa pulumuz çatmır, siz pul buraxın, biz də malı satıb artıqlamasıyla pulunuzu qaytaraq. Bu yolla da birindən 100 min, birindən 300 min, birindən 1 milyon, başqa birindən 3 milyon və sair pul yığdılar. Əvvəllər həqiqətən də dediklərinə əməl edirdilər. Tutaq ki, kimdən 100 min manat almışdılarsa 120 min qaytarırdılar, 500 min aldıqlarına 570 mın və sair. Sonradan məlum oldu ki, bu sahibkarları şirnikləndirmək cəhdi olub. İstədikləri də oldu. Bunlarla iş görən sahibkarlar daha çox qazanmaq üçün qohum-əqrabada da nə qədər pul varıydı, yığıb verirdilər ki, daha çox faiz əldə etsinlər. Sonuncu dəfə ən azı 70 milyon manat yığdıqdan sonra aradan çıxdılar. Ən azı ona görə deyirəm ki, 70 milyon manat mənim bildiyimdi. Əslində ayrı-ayrı insanlardan, iş adamlarından, vəzifəli şəxslərdən yığılan vəsait bundan dəfələrlə çoxdur. Hansı ki, bəziləri vəzifəsini itirməkdən qorxub, bəziləri isə adlarının mətbuata çıxmaması üçün sakit dayanıblar».

Məlumatda həmçinin yığılan pulların böyük hissəsi Azərbaycan Dövlət Dəmir Yolları QSC-dəki maliyyə yeyintisini bağlamağa sərf olunduğu qeyd olunub: «Arif Əsgərovun idarəsində cox böyük yeyinti var idi. Pulların cox hissəsi bu yeyintini bağlamağa sərf olunub. Sonra da yuxarıların «ağzını pulla bağlayıb», özlərini bir kənara çəkib, qohumunu verib güdaza».

Zərərçəkmişin sözlərinə görə, Rahib Hüseynov tutulmamışdan bir qədər əvvəl hər kəsdən qaçmağa başlayıb: « O, həmişə pul aldığı insanlarla görüşəndə əlində bir kompüter olurdu və hər şeyi orda qeyd edirdi. Son günlər belə görüşlərə kompütersiz gəlirdi. Soruşanlara da deyirdi ki, kompüterimi Xatın xalam alıb (Arif Əsgərovun həyat yoldaşı). Sual olunur, onun Xatın xalasının nə marağı vardı ki, onun kompüterini alir və vermir?

Bir də Rahib Huseynovun ondan başqa da xalası var, nədən məhz Arif Əsgərovun həyat yoldaşı bu işə qarışırdı?»

Verilən məlumatda iddia olunur ki, yeyinti faktının üstü açılanda A.Əsgərovun və oğlunun təkidi ilə R.Hüseynov işi öz üzərinə götürməli olub. Onun “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nın təchizat idarəsində işləyən qardaşı Emin Hüseynov isə problem ortaya çıxandan sonra ölkədən qaçıb adı ilə, bağ evlərindən birində gizlədilib.

"APolitika.info-ya" verilən məlumatda Rahib Hüseynovun anasi Allaha, Qurana and icərək, bu işlərin arxasında Elnar Əsgərovun durduğunu söylədiyi də qeyd edilib: «Elnar Əsgərov Rahibə deyib ki, sən boynuna al, mən səni qurtaracağam, amma indi sozündən qaçır… Rahibin ata-anası imkansız insanlardı, anası kənddə müəllimə, atası da fermada adi işçidi. Bəlkə də onları pulla susdurublar.

Rahib Hüseynov tutulmazdan oncə Arif Əsgərovun ailəsi, qohumları zərərçəkənlərə deyirdilər sizin pullarınız qaytarılacaq. Rahib Hüseynovu tutdurdular, rahatlaşdılar…İndi heç kimə pul vermək istəmirlər...".

Yəni, Rahib Hüseynovun "qurban" verildiyi söylənilir. Belə ki, Arif Əsgərov öz oğlunu – Elnarı qalmaqaldan kənarda saxlamaq və sahibkarların pullarından əllərini üzməsi üçün yaxın qohumu Rahib Hüseynovu qurban verməyə razılaşdığı bildirilir. Əsgərovun bu qərarı öz şefi – nəqliyyat naziri Ziya Məmmədovla məsləhətləşdikdən sonra verdiyi iddia olunur. Uzun müddətdir gizlənən Hüseynovun aşkara çıxmasının və həbs edilməsinin də bununla bağlı olduğu bildirilir. R. Hüseynovu Gürcüstanla sərhəddəki «Qırmızı körpü» sərhəd-keçid məntəqəsinə Elnar Əsgərovun çağırması və Bandotdel” əməkdaşlarına təhvil verməsi də bununla bağlanır.

R.Hüseynovun yaxınlarından musavat.com-a gələn məlumatlara görə isə neçə vaxtdı A.Əsgərovla oğlu E.Əsgərov onlara verdikləri vədləri yerinə yetirmirlər: " Onlar R.Hüseynova həm sahibkarların pullarını qaytaracaqlarını, həm də onun həbsdən çıxarılacağını deyiblərmiş. İndi isə bu məsələnin onlara aidiyyətinin olmadığını və R.Hüseynovun öz günahı ucbatından həbs olunduğunu iddia edirlər. Bu isə R.Hüseynovun ailəsinin ciddi narahatlığına və etirazlarına səbəb olub. Məlumatda bildirilir ki, buna görə də, hazırda A.Əsgərovla qohumları arasında əməlli-başlı savaş gedir. A.Əsgərovla adamları R.Hüseynovun valideynlərini susdurmağa çalışırlar. Bu məqsədlə də müxtəlif təzyiq vasitələrindən istifadə edirlər".

Məlumatda həmçinin bildirilir ki, oğlunun tutdurulmasına və bütün işlərin onun üzərinə atılmasına etiraz edən R.Hüseynovun anası Lətifə Hüseynova bir neçə dəfə özünə qəsd edib. L.Hüseynova A.Əsgərov və onun oğlunu ifşa edən faktların əks olunduğu məktublar yazıb qoyaraq özünü öldürmək istəyib. Ancaq yaxınlarının səyi nəticəsində bunun qarşısı alınıb. Xəbərdə R.Hüseynovun atası İsmayıl Hüseynovun da davamlı təzyiqlərə məruz qaldığı, artıq ailənin bundan bezdiyi və hər şeyi ictimaiyyətə açıqlayaraq Əsgərovları ifşa etməyə hazırlaşdıqları bildirilir: “Rahib Hüseynovun həbsindən bir neçə gün əvvəl Arif Əsgərovun həyat yoldaşı olan xalası Xatın xanım hər zaman Rahibin özü ilə gəzdirdiyi noutbuku onun əlindən alıb. Rahib Hüseynov Əsgərovların göstərişi ilə gördüyü bütün qara işlərlə bağlı məlumatları həmin kompüterdə saxlayırmış. Xalası isə həbsindən bir neçə gün əvvəl onu yanına çağırıb və kompüteri Rahibdən alıb. Bundan sonra Rahib Hüseynov başa düşüb ki, onu qurban verəcəklər. Ancaq Elnar Əsgərov onu inandırıb ki, bütün məsələləri öz üzərinə götürsə, çox yaxın zamanlarda həbsdən buraxdıracaqlar və daha böyük işlər quracaq. Amma indi onun həbsdən çıxması üçün heç bir iş görmürlər, əksinə, ortaya çıxan bütün qara işləri üzərinə götürməsi üçün ona və ailəsinə təzyiq edirlər.

Qorxutmaqla gücləri çatmayanda pul gücünə onların ağzını yummaq istəyirlər. Amma Rahib Hüseynovun valideynləri onlara baş əymirlər və oğlanlarının azadlığa çıxması üçün Əsgərovları tam ifşa etməyə hazırdılar. Buna görə də, Arif Əsgərovu çox yaxın vaxtlarda qara günlər gözləyir. Elə məlumatlar açıqlanacaq ki, bunlar bomba kimi partlayacaq və Arif Əsgərov bunların altından çıxa bilməyəcək”.

Məlumatda o da bildirilir ki, A.Əsgərov son baş verənlərdən bərk narahatdı: “Arif Əsgərovun nəvəsindən tutmuş bütün ailə üzvləri 3-4 cangüdənlə gəzir. Hətta onun Londonda olan Azər adlı kiçik oğlu da orda cangüdənlə gəzir. Əgər düz adamlardırlarsa, nədən qorxurlar?”

Qeyd edək ki, saytımaza verilən məlumatda sahibkarlardan yığılan pullara Novxanıda böyük bir küçənin alındığı və iki tərəfində vilalar tikdirildiyi, həmçının "Vorovski"də və şəHərin digər ərazilərində villalar, evləralındığı bildirilib. Arif Əsgərov və digər qohumları, o cümlədən Rahib Hüseynov bir-biri ilə çox yaxın vilalarda yaşadığı da qeyd olunmuşdu:bildirilmişdi : «Arif Əsgərov və onun xanımı çox qohumbazdırlar, bütün qohumları bir yerə yığıblar. Hamısının villaları «Vorovski» gəsəbəsində, bağları isə Novxanıda bir-birinə qonşu ərazilərdə yerləşir. Yəni Rahib Hüseynovun qısa müddətdə belə varlanmasını görməyə bilməzdilər. Bəs niyə onlar bir dəfə olsun soruşmurdular, ay Rahib sən bu pulu hardan alırsan? Çünki onlar hamısı, başda Arif Əsgərov özü olmaqla, oğlu, həyat yoldaşı, qohumları bu pulların hardan gəldiyini yaxsı bilirdilər. Onların hamısı bu işin içində idilər».

Musavat.com-a verilən məlumatda isə Arif Əsgərova aid vilaların siyahısı təqdim edilib: “Arif Əsgərovun Novxanıda hərəsinin dəyəri milyon dollarla ölçülən 3 bağ evi, "Vorovski"də 4 villası (onun özünün və qohum-əqrəbasının villaları bu qəsəbədə bütöv bir küçəni əhatə edir), şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında rezidensiyaları var. Amma bu hələ Arif Əsgərovun mülklərinin, sərvətinin tam siyahısı deyil. Onların digər əməlləri ifşa olunarkən bu siyahı da tam şəkildə açıqlanacaq".

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Murad.Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar