Bakı Təhsil İdarəsində iki tanınmış sektor müdiri işdən çıxarıldı

Bakı şəhəri üzrə Təhsil İdarəsində geniş ictimaiyyətin tanıdığı iki sektor müdiri işdən çıxarılıb.

Bunlar Bakı şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhman Nəbiyev və Ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyevdir.

Qeyd edək ki, hər iki sektor müdiri Bakı şəhəri üzrə Təhsil İdarəsi yaranandan indiyədək burada çalışırdılar.

Xəbəri Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva da təsdiqləyib. O, bildirib ki, Bəhmən Nəbiyev struktur dəyişikliyinə əsasən işlədiyi sektor ləğv edildiyi üçün vəzifədən çıxarılıb.

Ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyevin isə iş yeri dəyişdirilib. Ona Təhsil Nazirliyində təzə iş verildiyi qeyd olunur.

Uzun müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri vəzifəsini tutmuş Bəhman Nəbiyev sabiq təhsil naziri Misir Mərdanovun kadrı sayılır. Bəhman Nəbiyev Təhsil Nazirliyi müsabiqə tətbiq etməzdən əvvəl müəllimlərin Bakıdakı orta məktəblərə işə götürülməsində rol oynayn əsas məmurlardan biri idi. Bu prosesin isə şəffaf həyata keçirilmədiyi Bakının təhsil sisteminə bələd olanlara sirr deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar