“Rublun ucuzlaşması bəzi ölkələrdə siyasi böhrana səbəb olacaq” - “The Guardian”

Rublun ucuzlaşması Rusiyadan göndərilən pullardan asılı olan 9 ölkənin iqtisadiyyatını təhdid edir.

Virtualaz.org saytıxəbər verir ki, bu barədə “The Guardian” yazır.

Qəzet Dünya Bankının məlumatlarına istinadən bildirir ki, həmin ölkələr 2010-cu ildə 10 milyard dollar itirəcəklər. Belə ki, iqtisadi çətinliklər üzündən bir çox keçmiş sovet respublikalarından olan miqrantlar Rusiyanı tərk edir, yaxud tərk etməyə hazırlaşır.

“The Guardian” həmçinin yazır ki, bu ölkələrin bəzilərində rublun ucuzlaşması hətta siyasi böhrana da səbəb ola bilər.

Keçmiş sovet respublikalarından çoxunun iqtisadiyyatı bir-biri ilə, o cümlədən Rusiya valyutasının düşməsi ilə əlaqəlidir. Rublun ucuzlaşması artıq Türkmənistan manatının dəyərdən düşməsinə səbəb olub, Qazaxıstan təngəsi isə daha da ucuzlaşa bilər.

Dünya Bankının məlumatına görə, Rusiya rublunun ucuzlaşmasından ən çox Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan əziyyət çəkəcək. Belə ki, Ermənistan iqtisadiyyatı 21 faiz Rusiyadan göndərilən pullardan asılıdır. Gürcüstan iqtisadiyyatında isə bu rəqəm 12 faizdir. Qırğızıstan iqtisadiyyatının 31,5 faizi Rusiyadan göndərilən pullarla formalaşır.

Tacikistanda bu rəqəm daha yüksəkdir - 42 faiz. Ukrayna iqtisadiyatı 5,5 faiz, Moldova iqtisadiyyatı 25 faiz, Azərbaycan iqtisadiyyatı isə cəmi 2,5 faiz Rusiyadan göndərilən pullardan asılıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar