“İrşad Telekom” fırıldaqda ittiham olunur

Mobil telefon bazarında əhəmiyyətli paya malik “İrşad Telekom” şirkəti fırıldaqda ittiham olunur. Vətəndaş Sahib İsmayılov AzPolitika.info-ya şikayətində bildirir ki, bu şirkət reklam çarxlarında istehlakçılara faizsiz kreditlə mobil telefonlar və digər elektronika məhsulları təklif edir, lakin real hesablama apardıqda bu təkliflərin yalan olduğu üzə çıxır.

“Bir neçə gün əvvəl “İrşad Telekom”dan telefon götürmək istədim. Kreditin faizsiz olduğu bildirilsə də, qiyməti 525 manat olan telefonun 1 illik kreditinə görə 576 manatlıq ödəmə cədvəli təqdim etdilər (12x48). Soruşanda ki, bir halda kredit faizsizdir, əlavə 51 manat nə üçün tələb edilir, cavab verdilər ki, bu “Qızıl zəmanət”in puludur. Dedim mən zəmanət istəmirəm. Onda da satmaqdan imtina etdilər: “Get başqa yerdən al!”

Həmin telefonu başqa mağazadan cəmi 10 manat zəmanət haqqı ödəməklə götürdüm...”

Qeyd edək ki, “İrşad telekom” mobil telefon bazarında yumşaq desək, dürüst şirkətlərdən hesab olunmur. Şirkətin külli miqdarda borcunun yarandığına dair məlumatlar var.

Turqut

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar