"Baş həkim bizi cəzalandıracağını bildirib"- Səhiyyə nazirinə ŞİKAYƏT

[caption id="attachment_90585" align="alignleft" width="300"] Ucar Mərkəzi Rayon Xəstəxanası[/caption]

Ucar rayonu, Oğuz küçəsi bina 15, mənzil 5-də yaşayan Purqafari Azər Ələsgər oğlu tərəfindən "AzPolitika.info"ya şikayət məktubu göndərilib. Məktubda Azər Purqafari Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi Cavanşir Qədirova qarşı bir sıra ittihamlar irəli sürür. Belə ki, onun sözlərinə görə, həyat yoldaşı 23 yanvar 2015-ci il tarixində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib: "Müalicəsi üçün 5 gün ərzində mənə aldırdığı dava-dərmanın dəyəri 1500 manat olmuşdur. Hələ üstəlik cərrah Cavanşir Qədirov məndən 450 manat pul verməyi tələb etdi".

Azər Purqafarinin iddiasına görə, cərrah C.Qədirov əks-təqdirdə ailəsini evə buraxmaycağını bildirib: "Mən çıxılmaz vəziyyətdə qaldım və bilmədim neyləyim. Bundan sonra Cavanşir həkim evində olanda mənə tibb bacısı bildirdi ki, həyat yoldaşını evə apara bilərsən. Buna görə də, ailəmi evimə gətirdim".

Azər Purqafari daha sonra yazır ki, cərrah Cavanşir Qədirov xəstəxanaya gəlib bundan xəbər tutduqda onun ünvanına uca səslə ağır ifadələr işlədib: "Nəyin bahasına olur-olsun bizi cəzalandıracağını bildirib. Cavanşir həkimin məndən 450 manatı verməyi tələb etməsini təsdiq edən video çəkliş də var. Bu video faktı hüquq-mühafizə orqanlarına, o cümlədən də Səhiyyə naziri cənab Oktay Şirəliyevə təqdim edəcəyəm".

Azər Purqafari cərrah Cavanşir Qədirovun spirtli içkiyə meyilli olduğunu iddia edərək, qorxu içində yaşadıqlarını bildirir. Hətta Cavanşir Qədirovun həkimliyini şübhə altına alır: "Mənim həyat yoldaşımın cərrahiyə əməliyyatında digər həkimlər iştirak etməsəydi, mən Cavanşir Qədirovun əməliyyat etməsinə qətiyyən razı olmazdım. Həyat yoldaşımın cərrahiyə əməliyyatından sağ çıxmasına Allah və digər həkimlər kömək olublar... O, dəfələrlə xəstələrlə və onların yaxınları ilə mübahisələr edib, dava-dalaş salıb".

Azər Purqafari cərrah Cavanşir Qədirov barəsində Səhiyyə Nazirliyinə artıq şikayətlər etdiyini bildirərək, aidiyyatı orqanlardan və nazir Oktay Şirəliyevdən qanuni tədbirlər görülməsini xahiş edir.

Məkubda yazılanlarla bağlı həkim Cavanşir Qədirovun və Ucar Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar