Rusiya prezidenti Vladimir Putin bu gün imzaladığı fərmanla Çeçenistan rəhbəri Ramzan Kadırovu “Şərəf” ordeni ilə təltif edib. Virtualaz.org saytı xəbər verir ki, fərmana əsasən Kadırov “əmək fəaliyyətindəki uğurlara, fəal ictimai fəaliyyətinə və uzunmüddətli vicdanlı işinə” görə təltif edilir.
Həmçinin digər fərmanla Rusiya Dövlət Dumasının deputatı, keçmiş KQB polkovniki Aleksandr Litvinenkonun Londonda radioaktiv maddə ilə zəhərləyərək öldürən xüssui xidmət zabiti Andrey Luqovoya “Vətən qarşısında xidmətlərinə görə” ordeni verilib.
Mükafatlandırılanlar sırasında Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov və İkinci dünya müharibəsində iştirak edən 4 amerikalı veteran da var.
Putin həmçinin xarici vətəndaşların Rusiyanın dövlət mükafatları ilə təyin edilməsinə dair ayrıca fərman imzalayıb. Martın 8-də imzalanan fərmanın mətni bu gün Rusiyanın hüquqi informasiyalar rəsmi portalında dərc edilib.


Şərhlər