Menu

General-polkovnik həbs olundu Komandan müavini idi - FOTO

26.11.2026, 15:27
General-polkovnik həbs olundu Komandan müavini idi - FOTO

Rusiya Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini general-polkovnik Yuri Qrexov həbs edilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında 235-ci Qarnizon Hərbi Məhkəməsinin protokollarına istinadla məlumat yayılıb.

İşə 25 noyabrda baxılıb. Qrexovun həbsi üçün ərizə Rusiya İstintaq Komitəsinin (İK) Baş Hərbi İstintaq İdarəsi tərəfindən verilib.

“RBK” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla bildirir ki, general xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur (Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi). Bu maddəyə görə maksimum cəza 15 il həbsdir.

Qrexov 1979-cu ildən hərbi xidmətdədir. 2007-ci ildən 2009-cu ilə qədər Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının hava hücumundan müdafiə bölməsinin qərargah rəisi vəzifəsini icra edib.

2013-cü ildə Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Qüvvələrinin qərargah rəisi təyin edilib.

2015-ci ildə Qrexov Aerokosmik Qüvvələrdə oxşar vəzifəyə keçib. 2021-ci ildən Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini vəzifəsini tutub. Elə həmin il general-polkovnik rütbəsinə yüksəlib.

Qeyd edək ki, 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiyada rüşvət və korrupsiya əməllərinə görə çoxlu sayda yüksək rütbəli hərbçilər, o cümlədən generallar həbs olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol