Menu

“Minlərlə insan evə qayıdacaq” - Ən böyük əsir mübadiləsinin vaxtı açıqlandı

26.11.2026, 15:22
“Minlərlə insan evə qayıdacaq” - Ən böyük əsir mübadiləsinin vaxtı açıqlandı

Ukrayna və Rusiya arasında Əbu-Dabidə keçirilən üçtərəfli görüş zamanı razılaşdırılmış ən böyük əsir mübadiləsi Yeni il tətillərindən əvvəl baş tutacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Axel Springer media qrupunun baş direktoru Matthias Döpfner ilə müsahibəsində deyib.

"Üçtərəfli görüşün məqsədi, ilk növbədə, bayramdan əvvəl baş tutacaq bütün müharibənin ən böyük humanitar əsir mübadiləsini həyata keçirə biləcəyimizi müəyyən etmək idi", - Kuşner bildirib.

O, bu mübadilə zamanı Ukrayna və Rusiyanın nə qədər əsir dəyişəcəyini dəqiq açıqlamayıb, lakin qeyd edib ki, "minlərlə insan evə qayıdacaq”.

Bundan əvvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov demişdi ki, Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi bir neçə mərhələdə baş tutacaq. Birinci mərhələnin noyabrın sonu və ya dekabrın əvvəlində baş tutacağı gözlənilir. O əlavə edib ki, vətənə qayıdan ukraynalıların ümumi sayı təxminən 1000 nəfər olacaq.

O da bu mübadilə çərçivəsində dəyişdiriləcək əsirlərin dəqiq sayını açıqlamayıb. Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets isə bildirib ki, onların sayı azı 1000 nəfərdir və bu rəqəm arta da bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol