Özgənin «künəsi»nə qarovul çəkmək xəyalına düşüblər!

Çox qəribə, o qədər də tühaf bir davranış! Dünyanın Ukraynaya yazığı gəldiyi bir zamanda, «xaxol» özü erməniyə «dayılıq» etmək fikrinə düşüb. Dövlətçiliyi məhv olmaq təhlükəsi ilə göz-gözə qaldığı, əraziləri qayçılandığı - hərraca qoyulduğu, insanları yarıac-yarıçılpaq qonşu ölkələrə səpələndiyi indiki zəlalət anında Ukrayna parlamenti (Ali Radası) saxta «erməni genosidi» deyilən murdar meyitə yas tutmaq, saç yolub, sinə vurub, göz yaşı axıtmaq qərarına gəlib. O erməniyə ki, Birləşmiş Millətlər təşkilatı (BMT) səviyyəsində elə həmin Ukraynanın Krım adlı ərazisinin ilhaq-işğalı faktına «hə» dedi. Məşhur türk hekayəsinin («Zenqo») qəhrəmanı Zenqo demiş, «halal olsun belə vəkilə!»

Məşhur amerikalı Ruzvelt deyib ki, siyasətdə təsadüf olmur. Əgər hardasa, nə isə baş verirsə, deməli belə də olmalı imiş. İndi Ukrayna hakimiyyət dairələri Radanın deputatının və Radanın özünün bu davranışına haqq qazandırmaq istiqamətində bütün bacarığını işə salacaq, diplomatiyasını səfərbər edəcək və bizi (türkləri) inandırmağa çalışacaq ki, bu, ölkənin rəsmi mövqeyi deyil - bir və ya bir qrup deputatın şəxsi təşəbbüsüdür və s. Fəqət, hamısı əbəsdir - artıq «xoruzun quyruğu» görsənir və artıq «quyruq»u gizlətmək mümkün deyil...

Atalar belə məqamda deyiblər - «Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir». Krım getdi, Donbas gedir, Luqansk gedir - bütöv Şərqi Ukrayna əldən gedir, onun Radası isə axmaq təşəbbüslərə baş vurur, mənasız davranışları ilə işgüzar görüntü yaratmaq çabaları göstərir, insanları aldadır, mövcud hakimiyyətin «fəaliyyət qabiliyyəti»ndə olmaması fakitını ört-basdır edir, vətəndaşların diqqətini ölkənin gerçək problemlərindən yayındırmağa çalışır. Belə düşünməyə yetərincə əsas var. Məsələn, bu günlərdə Belarus Prezidenti Lukaşenko Krımın ilhaqı məsələsinə toxunuraq deyib ki, ümumiyyətlə, istənilən ilhaqın əleyhinədir. O da faktdır ki, Ukrayna hakimiyyəti Krımın müdafiəsi üçün heç nə etmədi. Amma ETMƏYƏ BORCLU İDİ!

Bir il bundan əvvəl Krımın müdafiəsi üçün barmağını-barmağının üstünə qoymayan Ukrayna hakimiyyəti indi «erməni genosidi»ndən dəm vurur. Bunu necə anlamaq olar? Fikrimizcə, bircə anlamı var - şalvarını belində saxlaya bilməyənlər indi özgənin «künəsi»nə qarovul çəkmək xəyalına düşüblər. Necə tühaf bir simasızlıq...

Mirzə AĞ

AzPolitika.info