Milli Şuranın sədri, professor Cəmil Həsənli Mirşahin Ağayevin sonuncu "Hesabat" proqramında onun adını hallandırmasına sərt reaksiya verib. Mirşahin öz şərhində bildirib ki, Cəmil Həsənli Beynəlxalq Banka külli miqdarda kredit borcu olduğuna görə "Bandotdel"in saxladığı iş adamlarının hüquqlarını müdafiə komitəsi yaradıb. AzPolitika.info-nun məlumatına görə, Cəmil Həsənli bu informasiyanı sərt dillə yalanlayıb və Mirşahinə yaxın tariximizdən bir epizodu xatırladıb. O, özünün Feysbuk statusunda yazıb:
"Dəyərli dostlar, hakimiyyətə bütün vasitələrlə yarınmağı özünə peşə seçmiş Mirşahin Ağayev ANS-in bu axşamkı proqramında mənim haqqımda daha bir yalanı tirajladı. İş adamları ilə “Bandotdel"də hesab çəkilməsinin əleyhinə olan mənim face statusuma istinad edərək bəyan etdi ki, guya mən həbs edilən iş adamlarının müdafiə komitəsi yaratmışam. Yazı mənim səhifəmdə aşağıdadır və bir daha onu təkrar oxuya bilərsiniz, əgər orada həbs olunmuş iş adamları ilə bağlı mənim müdafiə komitəsi yaratmaq fikrində olduğuma dair bir şeyə rast gəlsəniz, onu ANS-ə göndərə bilərsiniz ki, Mirşahinin iddiası daha da tutanaklı olsun.

Vaqif NƏSİBOV

Şərhlər