Milli Şuranın 30 may mitinqində maraqlı olay qeydə alınıb. FaktXəbər-in verdiyi məlumata görə, mitinq zamanı bir nəfər gözlənilmədən tribunaya qalxıb.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı çıxış edərkən yanında tanımadığı şəxsi gördükdən sonra bir anlıq özünü itirib. Tribunada AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli nə baş verdiyini anlamayıb. Dərhal mühafizəçilər həmin şəxsi tribunadan kənarlaşdırıblar.
Həmin hadisənin videosunu təqdim edirik:

Şərhlər