Diplomat Arif Məmmədovun Azərbayacan hakimiyyətinə qarşı ünvanladığı bəyanat Qərblə Rusiya arasında başlanan geoplitik savaşın tərkib hissəsidir. O, Rusiya kəşfiyyatının ortaya atdığı adamdır. Bu sensasiyalı iddianı moderator.az saytına açıqlamasında Milli Təhlükəsizli nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər səsləndirib.
Onun fikrincə, Qərblə Rusiya arasında MDB, xüsusən də GUAM məkanında geopolitik savaş gedir:“Bu savaş Ukrayna, Gürcüstan və Moldovada açıq formada getsə də, Azərbaycanda bu proses gizli gedir. Bu geosiyasi savaş getdikcə, hərbi-siyasi vəziyyətin kəskinləşməsi fonunda xüsus xidmət orqanları aktivliyini daha da artırıblar. Azərbayacan uğrunda gizli savaş şiddətlənib. Xüsusi xidmət orqanlarının aktivliyi göz önündədir. Ona görə də, Azərbayacanla Qərb arasında ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar arasında münasibətlər kəskinləşib. Yaxın zamanlarda bu gizli savaşın qızışacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.”
Ekspert Arif Məmmədovun məlum bəyanatlarını da təsadüf hesab etmir: “Bu tip kombinasiyalı oyunlar xüsusi xidmət orqanları tərəfindən ortaya atılacaq və artacaq. Bu tip əməliyyat oyunları getdikcə aktivləşdiyindən hadisələri təhlil etmək üçün ciddi təsdiq olunmuş informasiyalara ehtiyac var. O zaman daha dəqiq nəsə demək olar. İndiki məqamda isə bu cür məsələləri təhlil edib tələsik qərar verməyin o qədər də tərəfdarı deyiləm. Adı çəkilən diplomat Arıf Məmmədovun da keçmişi o qədər etibarlı deyil. Onu daha çox hipotetik olaraq rus kəşfiyyatının Qərb kəşfiyyatı ilə başlatdığı oyun hesab edirəm. Onların, A. Məmmədovun Qərbin axtardığı adamlardan biri olduğunu göstərmək mesaji veriyini düşünürəm. Yəni bunun Rusiaya xüsusi xidmət orqanlarının ABŞ, Qərb xüsusi xidmət orqanlarına qarşı başlatdığı bir oyun olduğunu düşünürəm. Bununla A. Məmmədovu Azərbaycan hakimiyyətinə müxalif ola biləcək perspektivli bir lider kimi göstərmək istəyirlər. Mən ilkin olaraq bu variantı araşdırmağın tərəfdarıyam.”
Şərhlər