«Kommersant»ın ilk baş redaktoru həyəcan təbili çalır

Bu günlərdə, 1991-ci ilin 18 avqustunun (başabəla «QKÇP») ildönümü münasibətilə yazdığı mətndə «Kommersant»ın təsisçisi və ilk baş redaktoru Vladimir Yakovlev rusiyalıları ölkədən getməyə çağırıb. Özünün «Fasebook» səhifəsində o, Rusiyanın yaxın gələcəyi barədə düşüncələrini bölüşüb və bu zaman proseslərin inkişafının iki senarisini təklif edib.

«Ya tamamilə proqnoza gəlməyən və təhlükəli nəticələrə gətirib çıxaracaq hakimiyyət dəyişikliyi, ya da - vətəndaşların həyat və sağlamlığına real təhlükə, ən vaciblərin çatışmazlığı və küçə cinayətkarlığı ilə müşaiyyət olunacaq ağır sosial böhran» - deyə, Yakovlev yazır.

«Əgər imkan varsa, gedin və başlıcası, uşaqları ölkədən çıxarın. Həmişəlik yox - 2-3 aylığına (bu vizasız da ola bilər), yarım illiyinə. Ancaq - gedin» - deyə o, əlavə edib. Müəllif onu da qeyd edib ki, səhv etmiş olarsa, çox sevinər - əgər gerçəkdə heç nə baş verməsə və situasiya normallaşarsa.

Yakovlev bu yazısında 1991-ci ilin 18 avqustunu xartılayır - «QKÇP» səhərini: «Üç gecə ardıcıl olaraq, şəhər (Moskva nəzərdə tutulur - red.) səksəkə içində pəncərə arxasında avtomat atəşlərinə qulaq asdı. O zaman hər şey möcüzə sayəsində «özünəqəsd»lə nəticələnmədi. Amma indi möcüzə baş verməyəcək, çünki o zaman zəif olanlar, bu gün güclüdürlər. O zaman ölkədə olanlar və situasiyaya təsir etmək imkanı olanlar, bu gün ölkədə yoxdurlar».

Müəllif qeyd edir ki, çevrilişlər həmişə gözlənilmədən baş verir və Peterburq hadisələrini - yalnız bir çox onilliklər sonra «böyük oktyabr inqilabı» adlandırılan hadisələri xatırladır. Onun fikrincə, indi sosial kataklizmlərin iki klassik təzahürü özünü göstərir - əhalinin güclü narazılığı və cəmiyyətin iki qarşılıqlı mübarizə aparan düşərgəyə bölünməsi. Yakovlev yazır ki, bunların hər ikisi Rusiyada var.

«Mən hiss edirəm ki, qarşıdan gələn fəlakətdən qaçmaq artıq mükün deyil. Onu yalnız «yaşamaq» olar. Bilirəm ki, məni eşitməyəcəklər, amma hər-necə olsa da deyirəm - bir-birini söyməkdən və kimin haqlı olduğunu araşdırmaqdan çəkinmək lazımdır. Çünki artıq kimin haqlı olduğunun elə bir əhəmiyyəti yoxdur. Bunu sonra da aydınlaşdırmaq olar. İndi bir şey vacibdir - insanları, siyasi baxışlarından asılı olmayaraq, canlı insanları xilas etmək! Çünki çox tezliklə, çox pis, çox qorxunc və çox təhlükəli olacaq - mütləq...».

Mirzə AĞ

AzPolitika.info