Ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıya gəlib.Bu barədə virtualaz.org saytına qısa açıqlamasında Sevil xanım özü məlumat verib.

“Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” - deyə Sevil Əliyeva bildirib.

Sevil xanım Bakıya övladları ilə birlikdə gəldiyini deyib: “Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkidrməyi xahiş edirlər”.

Sevil Əliyevanın sözlərinə görə, o, Bakıya azad bir insan kimi bir neçə günlüyə gəlib.

Xatırladaq ki, S.Əliyeva son illər övladlarrı ilə birlikdə Londonda yaşayır.

******************

Müğənni Elariz Məmmədoğlu Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva ilə fotosunu paylaşıb. Sənətçi şəkili çəkilişdə olarkən çəkdirdiyini qeyd edib: "Sevil xanım Əliyeva və mən Elariz Məmmədoğlu Space telekanalında".

Elariz Məmmədoğlu ANS PRESS-ə açıqlamasında fotonun dünən çəkildiyini bildirdi: "Dünən Aşıq Samirənin ad günü çəkilirdi. Pavilyonda 20-yə yaxın müğənni vardı. Bir də gördük Sevil xanım Əliyeva və Vaqif Mustafayev gəlir. Bizimlə söhbət etdilər, çəkilişlə maraqlandılar. Sevil xanım hətta mənə "Elariz, siz cavanlaşmısız" deyərək mənə komplimentdə də etdi. Bu görüş hamımıza çox gözəl təsir bağışladı, heç vaxt bu görüşün təəssüratlarını unutmayacam. Çəkilişdə iştirak edən müğənnilər Sevil xanımla şəkil çəkdirdi. Yəni sosial şəbəkələrdə paylaşdığım foto kollektiv şəkildən kəsilmiş hissədir".

Sevil Əliyeva və Elariz Məmmədoğlu

Sevil Heydər qızı Əliyeva — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar və Space Televiziyasının qurucusudur. Londonda yaşayır.

Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.