Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısı açıqlanıb. "Report" xəbər verir ki, YAP 125 seçki dairəsindən deputatlığa namizəd irəli sürüb. Partiyanın mətbuat xidmətindən bildirilib ki, sentyabrın 15-də YAP İdarə Heyətinin iclası keçirilib. Toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.

Siyahını təqdim edirik:

Yeni Azərbaycan Partiyasının namizədləri:

1 saylı Şərur-Sədərək seçki dairəsi - Talıbov Vasif Yusif oğlu

2 saylı Şərur seçki dairəsi - Həbibbəyli İsa Əkbər oğlu

4 saylı Naxçıvan şəhər seçki dairəsi - İbrahimov Eldar Rza oğlu

5 saylı Şahbuz-Babək seçki dairəsi -Novruzov Siyavuş Dünyamalı oğlu

6 saylı Culfa-Babək seçki dairəsi- Həmzəyeva Ülviyyə Tapdıq qızı

8 saylı Binəqədi birinci seçki dairəsi -Əlizadə Aysel İsmayıl qızı

9 saylı Binəqədi ikinci seçki dairəsi- Qafarov Kəmaləddin Nəsrəddin oğlu

10 saylı Binəqədi üçüncü seçki dairəsi- Həsənova Samirə Yaşar qızı

11 saylı Qaradağ seçki dairəsi -Hüseynov Aydın Nəsir oğlu

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi -Zabelin Mixail Yuryeviç

13 saylı Xəzər - Pirallahı seçki dairəsi- Əliyev Rauf Asif oğlu

14 saylı Xəzər seçki dairəsi- Əliyeva Mehriban Arif qızı

15 saylı Yasamal birinci seçki dairəsi- Aslanov Bayram Mirazim oğlu

16 saylı Yasamal ikinci seçki dairəsi - İbrahimov Xıdır Mənsum oğlu

17 saylı Yasamal üçüncü seçki dairəsi- Əhmədova Lalə Kərim qızı

18 saylı Nərimanov-Nizami seçki dairəsi - İsmayılov İsmayıl Mübariz oğlu

19 saylı Nərimanov birinci seçki dairəsi- Məmmədov Hikmət Baba oğlu

20 saylı Nərimanov ikinci seçki dairəsi- Əsədov İbrahim Namizəd oğlu

21 saylı Nəsimi birinci seçki dairəsi- İbrahimqızı Məlahət İbrahim qızı

22 saylı Nəsimi ikinci seçki dairəsi- Hacıyev Rahib Səfəralı oğlu

23 saylı Nəsimi-Səbail seçki dairəsi- Novruzov Elşad Mirzəli oğlu

24 saylı Nizami birinci seçki dairəsi -Abdullayev Rövnəq İbrahim oğlu

25 saylı Nizami ikinci seçki dairəsi- Vəliyeva Sədaqət Süleyman qızı

26 saylı Sabunçu birinci seçki dairəsi - Qədirov Kamran Dursun oğlu

27 saylı Sabunçu ikinci seçki dairəsi- Cəbrayılova Dilarə Məmmədağa qızı

28 saylı Sabunçu üçüncü seçki dairəsi - Cabbarova Xatirə Qılman qızı

29 saylı Səbail seçki dairəsi - Hacıyev Şəmsəddin Hümbət oğlu

30 saylı Suraxanı birinci seçki dairəsi- Fətəliyeva Sevinc Həbib qızı

31 saylı Suraxanı ikinci seçki dairəsi- Abidova Zərnişan Heybət qızı

32 saylı Suraxanı üçüncü seçki dairəsi -Abıyev Ağacan Qulam oğlu

33 saylı Xətai birinci seçki dairəsi- Mirələmov Hüseynbala Fazil oğlu

34 saylı Xətai ikinci seçki dairəsi - İbrahimov Calal Ağarza oğlu

35 saylı Xətai üçüncü seçki dairəsi- Ağrılı Aliyə Reyman qızı

36 saylı Xətai dördüncü seçki dairəsi - Seyidov Səməd İsmayıl oğlu

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi- Kərimzadə Pərvin Orxan qızı

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi-  Həmzəyev Naqif Ələşrəf oğlu

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi- Fətiyev Xanlar Nuru oğlu

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi- Quliyev Musa İsa oğlu

41 saylı Sumqayıt birinci seçki dairəsi- Abdullayeva Leyla Arif qızı

42 saylı Sumqayıt ikinci seçki dairəsi- Mirkişili Tahir Famil oğlu

43 saylı Sumqayıt üçüncü seçki dairəsi- Babayev Muxtar Bahadur oğlu

44 saylı Sumqayıt-Xızı seçki dairəsi- Əsgərov Nurlan Bəşir oğlu

45 saylı Abşeron seçki dairəsi- Əsədov Oqtay Sabir oğlu

46 saylı Şirvan seçki dairəsi- Nəbiyev Paşa Sədi oğlu

47 saylı Mingəçevir seçki dairəsi- Mirzəzadə Aydın Böyükkişi oğlu

48 saylı Yevlax seçki dairəsi- Məmmədov İlham Kazım oğlu

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi- Hüseynli Əli Məhəmməd oğlu

51 saylı Qusar seçki dairəsi- Badamov Azər Camal oğlu

52 saylı Quba seçki dairəsi- Həsənova Afət Əbil qızı

53 saylı Quba-Qusar seçki dairəsi- Abramov Yevda Sasunoviç

54 saylı Şabran-Siyəzən seçki dairəsi- Süleymanov Tahir Süleyman oğlu

55 saylı Xaçmaz şəhər seçki dairəsi- Səlimov Eldəniz Adil oğlu

56 saylı Xaçmaz kənd seçki dairəsi- Əliyev İlham Əli Səftər oğlu

57 saylı Kürdəmir seçki dairəsi- Qəribov Nizami İsməli oğlu

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi- Əmiraslanov Elnur Mehman oğlu

59 saylı Salyan seçki dairəsi- Ağabəyov İlqar Faiq oğlu

61 saylı Neftçala seçki dairəsi- Rəhimzadə Arif Qafar oğlu

62 saylı Saatlı seçki dairəsi- Rəşidov Nazim Sahib oğlu

63 saylı Sabirabad birinci seçki dairəsi- Quliyev Elçin Bəybala oğlu

64 saylı Sabirabad ikinci seçki dairəsi- Xəlilov Rüstəm Gülabba oğlu

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi- Əmiraslanov Əhliman Tapdıq oğlu

67 saylı Cəlilabad şəhər seçki dairəsi- Həsənov Malik Əvəz oğlu

68 saylı Cəlilabad kənd seçki dairəsi- Kazımov Mirkazım Məhəmməd oğlu

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi- Sadıqov Etibar Sadıq oğlu

70 saylı Masallı şəhər seçki dairəsi Əliyev Nəriman Əlibala oğlu

71 saylı Masallı kənd seçki dairəsi- Novruzov Rafiq Qafar oğlu

72 saylı Yardımlı-Masallı seçki dairəsi- Əliyev Sərvər Məlikməmməd oğlu

73 saylı Lənkəran şəhər seçki dairəsi- Ağayev Mənsur Rəsul oğlu

74 saylı Lənkəran kənd seçki dairəsi- Rəcəbli Hadı Musa oğlu

75 saylı Lənkəran-Masallı seçki dairəsi- Paşazadə Cavanşir Hümmət oğlu

76 saylı Lənkəran-Astara seçki dairəsi- Əsgərov Ziyafət Abbas oğlu

77 saylı Astara seçki dairəsi- Mahmudov Rəşad Məmmədqulu oğlu

78 saylı Lerik seçki dairəsi- Məmmədov İqbal Nəriman oğlu

79 saylı İmişli seçki dairəsi- Qasımov Əsabil Qarakişi oğlu

80 saylı İmişli-Beyləqan seçki dairəsi- Əmirov Ramiz Cahangir oğlu

81 saylı Beyləqan seçki dairəsi- İsmayılov Şahin Əmir oğlu

82 saylı Ağcabədi seçki dairəsi- Rzayev Tahir Musa oğlu

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi- Əliyev Sadiq Zamil oğlu

84 saylı Füzuli seçki dairəsi- Muradova Bahar Əvəz qızı

85 saylı Şamaxı seçki dairəsi- Eminalıyev Eyvaz Məhəmmədəli oğlu

86 saylı İsmayıllı seçki dairəsi- Qurbanova Xuraman Kamal qızı

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi- Mütəllimov Əlyunis Əlyusif oğlu

88 saylı Göyçay seçki dairəsi- Hacıyeva Ləman Amil qızı

89 saylı Göyçay-Ağdaş seçki dairəsi- Nəsirov Elman Xudam oğlu

90 saylı Ağdaş seçki dairəsi- Vəliyev İlqar Mahir oğlu

91 saylı Ucar seçki dairəsi- Hüseynov Vüsal Əfqan oğlu

92 saylı Zərdab-Ucar seçki dairəsi- İsgəndərov Gülağa Mirzağa oğlu

94 saylı Bərdə kənd seçki dairəsi- Xəlilov Sadiq Vaqif oğlu

95 saylı Tərtər seçki dairəsi- Mirzəyev Surxay Xasay oğlu

96 saylı Goranboy-Naftalan seçki dairəsi- Həsənov Xaləddin Həsən oğlu

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi- Vəliyev Ağalar İsrafil oğlu

98 saylı Şəmkir şəhər seçki dairəsi - Qafarova Sahibə Əli qızı

99 saylı Şəmkir kənd seçki dairəsi- Əliyeva Sona Sakit qızı

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi- Bayramov Kamran Fərhad oğlu

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi- Məmmədov İlham Müseyib oğlu

102 saylı Samux-Şəmkir seçki dairəsi- Həsənov Rahil Qurban oğlu

103 saylı Gədəbəy seçki dairəsi- Hüseynova Sevinc Əmirəhməd qızı

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi- Məmmədhəsənov Rafiq Musa oğlu

105 saylı Tovuz seçki dairəsi- Yusifova Rahilə Oruc qızı

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi- Qəhrəmanov Canpolad Kəmayıl oğlu

107 saylı Qazax seçki dairəsi- Əhmədov Zeynal Akif oğlu

108 saylı Ağstafa seçki dairəsi- Cəfərov Nizami Qulu oğlu

109 saylı Balakən seçki dairəsi- Məhməliyev Nəsib Məhəmməd oğlu

110 saylı Zaqatala seçki dairəsi- Bayramov Bəhruz Qurban oğlu

111 saylı Zaqatala-Balakən seçki dairəsi- Əliyeva Kamilə Əlağa qızı

112 saylı Qax seçki dairəsi- Heydərov Babək Yamil oğlu

113 saylı Şəki şəhər seçki dairəsi- Mahmudov Yaqub Mikayıl oğlu

114 saylı Şəki kənd birinci seçki dairəsi- Ağabəyov Xanlar Həsrət oğlu

115 saylı Şəki kənd ikinci seçki dairəsi- Əhmədli Orxan Nofəl oğlu

117 saylı Oğuz-Qəbələ seçki dairəsi- Naxçıvanlı Aqiyə Həbib qızı

118 saylı Ağdam şəhər seçki dairəsi- Abbasova Gülnar Hadı qızı

119 saylı Ağdam kənd seçki dairəsi- Sadıqov Bəxtiyar Yusif oğlu

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi- Şahverdiyev Astan Nuşrəvan oğlu

121 saylı Laçın seçki dairəsi- Abbaszadə Mahir Tapdıq oğlu

123 saylı Kəlbəcər seçki dairəsi- Qurbanov Cavid Qənbər oğlu

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi- Məmmədov Elman Camal oğlu

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi- İsmayılov İmamverdi İbiş oğlu

----------

"Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır"

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclası başa çatıb.YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.

Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: “Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədləri siyahısında qadınların sayı artırılıb. “Report”un xəbərinə görə, bu barədə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov məlumat verib.

O bildirib ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında 118 seçki dairəsindən namizəd irəli sürülməsi barədə qərar qəbul olunub: “7 dairədən namizəd irəli sürülməyib”.

--------

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısının, nəhayət, bu gün açıqlanacağı gözlənilir. Bu barədə AzPolitika.info-ya YAP-dakı mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, bu gün YAP İdarə Heyətinin iclası keçiriləcək, iclasda namizədlər siyahısı təsdiq olunduqdan sonra bu axşam və ya ən geci sabah səhər siyahı KİV-də dərc olunacaq.

Bəzi məlumatlara görə, hakim partiyanın namizədlərinin açıqlanmasının yubanması iddiaçıların çoxluğu və daxildə olan qarşıdurma ilə bağlıdır. Siyasi hakimiyyət parlamentin tərkibində ciddi dəyişikliklər barədə qərar verib və siyahı da bu iradəyə uyğun hazırlanıb. İllərdir parlamentdə əyləşən qocaman YAP-çıların bu plana müqavimət göstərdikləri bildirilirdi.

Yekunda necə bir konsensus əldə olunacaq, bunu yaxın saatlarda biləcəyik.

***

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısı hazırdır. Bu barədə Modern.az-a açıqlama verən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, siyahı hazırdır və iki saata açıqlanacaq:“Darıxmayın. Siyahı hazırdır və iki saata açıqlanacaq”.

Rasim ƏLİYEV

AzPolitika.info