Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Milli Məclisə namizədlərini müəyyənləşdirərək, elan edib. Əvvəlcədən bildirildiyi kimi, YAP-ı hazırda Milli Məclisdə təmsil edən deputatların əksəriyyətinin namizədliyi yenidən irəli sürülüb.
Ancaq ötən seçkidə YAP-ın siyahısı ilə deputat olmuş xeyli sayda hakim partiya üzvü bu dəfə kənarda qalıb. "AzPolitika.info"nun siyahı üzərində apardığı araşdırmadan məlum olub ki, ötən seçkidə YAP-ın siyahısı ilə mandat almış 18 partiya üzvünün adı bu dəfə siyahıya salınmayıb. Onlardan 3-ü vəzifəyə getdiyi, biri dünyasını dəyişdiyi, biri isə həbsə düşərək, YAP-dan xaric edildiyi üçün adlarının partiyanın siyahısında olmaması başadüşüləndir. Ancaq YAP bunlardan savayı 13 deputatını siyahıdan kənarda saxlayıb.
Beləliklə YAP-ın siyahısı ilə ötən seçkidə mandat alıb, bu dəfə adları siyahıda olmayanlar aşağıdakılardır.
1. 6 saylı Culfa-Babək seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin müdiri İsmayıl Hacıyev.

3.19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov. Onu deputatlığına baş nazirin müavini vəzifəsinə getdiyi üçün xitam verilmişdi.
4. 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş, Şeyxin qudası kimi tanınan Hacı Qalib Salahzadə.
5. 34 saylı Xətai ikinci seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Gülər Əhmədova. Məlum səbələrdən onun deputatlığına və YAP üzvülüyünə xitam verilmişdi.
6. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Asəf Hacıyev.Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən A.Hacıyev QDİƏT PA-nın baş katibliyi İstanbulda yerləşdiyi üçün Türkiyəyə köçüb. Buna görə də onun öz xahişi ilə MSK deputat səlahiyyətlərinə xitam vermişdi
7.55 saylı Xaçmaz şəhər seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Arif Əşrəfov.
8.57 saylı Kürdəmir seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Fərhad Qəribov.

10. 77 saylı Astara seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş, “Diplomat1” firmasının direktoru Aslan Cəfərov.
11. 81 saylı Beyləqan seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Ayaz Orucov.
12.87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Ərəstun Cavadov.
13.97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova.
14.100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş, YAP İcra katibinin müavini Mübariz Qurbanlı. O də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr getdiyi üşün deputatlığına xitam verilib.

16.109 saylı Balakən seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Rəbiyyət Aslanova.
17.110 saylı Zaqatala seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Hikmət Atayev. Rəhmətə gedib.
18.121 saylı Laçın seçki dairəsindən YAP-ın siyahısı ilə deputat seçilmiş Nazim Fərəcov.
Rasim
AzPolitika.info

Şərhlər