Mərkəzi Seçki Komissiyası parlamentin yeni tərkibini açıqlayıb və artıq rəsmən təsdiqlənib ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov parlamentə buraxılmayıb. Hakimiyyət, onun namizəd olduğu dairədən Prezident Administrasiyasının əməkdaşı Ülviyyə Ağayevanın mandat əldə etməsini təmin edib.
Rəsmi nəticəyə görə, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən Ü.Ağayeva 61.2 faiz səs alıb.
İlyas İsmayılov rəsmi nəticələr açıqlandıqdan sonra seçkilərlə bağlı qısa açıqlamasında deyib:
"Zəngin ve keçməkeşli həyatımda çox şeylər görmüşəm, fərqli durumlarda olmuşam, amma şərəf və ləyaqətimi hər zaman qorumuşam. İndi də faciəvi birşey olmayıb. Əksinə, Ədalət Partiyasının fəaliyyət istiqamətləri çoxalıb.
Mənim siyasi sərbəstliyim, dövlətimizin və cəmiyyətimizin qüsurları və inkişafı ilə bağlı düşüncələrimi açıq ifadə etməyim hakimiyyətdə məskunlaşmış daxilən kölə olan məxluqları narahat edib. Odur ki, Vətənimizdə haqqın, ədalətin, mənəviyyatın bərqərar olması istiqamətində mübarizəmi davam etdirəcəm".
V.Nəsibov

Şərhlər