“Görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajının qurbanı olub". Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc söyləyib.
Z. Oruc qeyd edib ki, milli təhlükəsizlik nazirinin vəzifəsindən çıxarılmasından sonra bu addımın atılmasına səbəb olan məsələlər artıq bir neçə gündür ki, cəmiyyətə təqdim olunmaqdadır: “Burada dövlət içərisində əldə olunmuş böyük səlahiyyətlərin bir dövr ölkənin təhlükəsizlik məsələləri üçün istifadə edilməsi, daha sonra isə şəxsi maraqlardan çıxış edərək bir imperiya qurmaq niyyətindən söhbət gedir. İstər dövlət elitasına daxil olanları, istərsə də əsasən sahibkarları basqı altına almaq niyyəti ilə həyata keçirilən tədbirlər heç bir halda bağışlana bilməzdi. Prezidentin addımı sübut etdi ki, toxunulmaz şəxslər yoxdur, nazir vəzifəsini daşısalar da, onlara qarşı ən sərt tədbirlər həyata keçiriləcək. Eldar Mahmudovun nazir olaraq çevrəsinə topladığı generalların vətəndaşlar üzərində qurduqları “haqq əməliyyatları” külli miqdarda vəsaitlərin əldə olunmasına yönəlib və bunu artıq inkar etmək mümkün deyil. O şəxslərin həbsə atılması, gələcəkdə qanun qarşısında cavabdehlikləri də özündə bunu ehtiva edir. Dünən rabitə və yüksək texnologiyalar nazirinin də vəzifəsindən azad olunması onu göstərdi ki, ötən illər ərzində dövlətin bilavasitə qayğısı, büdcə ayırmaları vasitəsi ilə bu ölkədə telekommunikasiya sistemində, rabitə qovşaqlarının yaradılmasında, vətəndaşların bu xarakterli tələbatlarının təmin olunmasında xeyli işlər görülsə də, bir nazir kimi Əli Abbasov başqa bir nazirin onun rəhbərlik etdiyi strukturdan poliqon kimi istifadə etməsinə imkan verib”.

Millət vəkili qeyd edib ki, təhlükəsizlik sferasında atılan son addımlar sahibkarlığın üzərində qurulmuş töycü sistemindən azad olunmasına imkan verir, digər tərəfdən ölkənin təhlükəsizliyi ilə bağlı gerçək peşəkarların, bu sferada uzun illər gizli cəbhələrdə ölkənin mənafeləri üçün çalışmış insanların da öz fəaliyyətlərini rahat həyata keçirmələrinə səbəb olacaq.

Ola bilər ki, hər sahədə nöqsanlar var, sistemin özündən irəli gələn müəyyən neqativ hallar ola bilər ki, insanlar bunların içərisində başqa cür davrana bilmirlər. Tutaq ki, bir nazir bir tələb qoyur və işçilər də o tələbə uyğun fəaliyyət göstərirlər. Amma bütövlükdə bir sistemin korlanmasına yol vermək olmaz. Hər kəs özünə aid sahədə vicdanlı çalışmağa məhkumdur. O baxımdan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verənlərlə bağlı bir açıqlama olarsa, cəmiyyət bu məsələdə atılan addımların dəstəklənməsi istiqamətində konkret mövqelər göstərə bilər”.

MTN-in əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan olduğunu deyən deputat bildirib ki, Azərbaycanda əməliyyat axtarış fəaliyyəti haqqında qanun var və MTN-nin iş adamlarının telefonlarını məhkəmə qərarı olmadan dinləməsi qanuna zidd əməldir: “Telefonları dinləmək yalnız əməliyyat axtarışı haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir. MTN-nin keçmiş rəhbərliyi bunu edirdisə, sözsüz ki, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsi ilə həyata keçirilib. Əməliyyat fəaliyyətinin qollarından biri də telefonların dinlənilməsi, yəni, bundan istifadə olunmasıdır. Amma bu qanunauyğun şəkildə, əməliyyat axtarış fəaliyyətinə uyğun olaraq müqvafiq orqanın icazəsindən sonra həyata keçirilməldir".
R.Cəbrayılovun fikirincə, MTN RYTN-nin xidmətlərindən, onun texnologiyasından istifadə etmədən bu şeyləri edə biməzdi: "Əgər bu məsələlər olubsa, sözsüz ki, bir nazir olaraq Əli Abbasov vəzifəsinin öhdəsindən gələ bilməyib. RYTN MTN-nin əlində bir vasitə olub. Bununla da, insanların konstitusion hüquqlarının pozulmasına imkan yaradıb. Bu, qanunsuzluqdur".
VAQİF
AzPolitika.info

Şərhlər