Son günlər mətbuatda adı tez-tez hallanan, hətta həbs xəbəri yayılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev hərbi hissənin açılışına buraxılmayıb.

AzNews.az xəbər verir ki, yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Açılışı Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov edib. Kərəm Mustafayev isə mərasimə buraxılmayıb. Məlum olub ki, Mustafayev hələ vəzifəsində saxlanılsa da, əslində bütün səlahiyyətləri dondurulub. Hətta ona bu yaxınlarda verilən bahalı BMW markalı avtomobili də əlindən alınaraq, Müdafiə Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, dekabrın 19-da səhər saatlarından etibarən MR-də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev və ətrafı ilə bağlı müxtəlif xəbərlər yayılır. Bu barədə

Onu da qeyd edək ki, Vasif Talıbovun Kərəm Mustafayevi hərbi hissənin açılışına buraxmaması bir daha ona etimadın azaldığını ehtimal etməyə əsas verir.

Xatırladaq ki, dekabrın 30-da MR Ali Məclisinin sədri Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi hissəyə baş çəksə də, K.Mustafayev onu müşayiət etməyib. Hər halda rəsmi agentliyin yaydığı fotolarda Əlahiddə Ordunun komandanı görünməyib.

Yazıda adları çəkilən şəxslərini də mövqeyini işıqlandırmağa hazırıq.

Rasim ƏLİYEV

AzPolitika.info