“İkili vəzifə daşıyan millət vəkillərinin hamısı vəzifəsindən azad edilməlidir. Belə ki, onlar ya mandatı təhvil verməlidirlər, ya da ki, vəzifədən getməlidirlər”
“Nəyə görə ikili vəzifə daşıyan millət vəkilləri ilə bağlı siyahı hazırlamalıyam. Vəzifəni və qanunvericiliyin tələbəni göstərmişəm, aidiyyəti qurumlar gedib tədbir görsünlər.”
Bu sözləri FaktXeber.com-a millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov millət vəkili Şəmsəddin Hacıyevin vəzifəsindən çıxarılmasına münasibət bildirərkən qeyd edib.
Xatırladaq ki, bir müddət bundan öncə İlyas İsmayılov deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı Milli Məclisdə məsələ qaldıraraq prezident İlham Əliyevə müraciət etmişdi.
Müsahibin sözlərinə görə prezidentə müraciətin cavabına əsasən 3 dəfə MSK-ya müraciət etməsinə baxmayaraq ortalıqda hər hansı bir nəticə yoxdur: “MSK-da olanlar vəzifələrindən sui-istifadə edən şəxslərdir. Mən artıq onları məhkəməyə vermişəm. Eyni halda Milli Məclisin spikeri Oqtay Əsədova və Konstitusiya Məhkəməsinə müraciət ünvanlamışam. Mənim istədiyim budur ki, biz hansısa məmurun iradəsi ilə yox, qanunun tələbləri altında yaşıyaq. İkili vəzifə daşıyan millət vəkillərinin hamısı vəzifəsindən azad edilməlidir. Belə ki, onlar ya mandatı təhvil verməlidirlər, ya da ki, vəzifədən getməlidirlər.”
Bunu ölkə konstitusiyasının, seçki məcəlləsini və qanunun tələb etdiyini bildirən İlyas İsmayılov, “mən məsələni çox aydın şəkildə qoymuşam. Sözügedən deputatlar qeyri-qanuni mandat alıblar. Əslində MSK qanunvericiliyin tələbinə uyğun olaraq millət vəkilinə vəzifəsindən imtina etmədən mandat verə bilməz”, - deyə qeyd etdi: "MSK bu əməli il çox böyük bir cinayət edib. Hesab edirəm ki, onların bu əməli ilə Korrupsiya ilə Mübarizə İdarəsi məşğul olmalıdır. “

Şərhlər