"Qaradağ rayonunun 6-cı milis şöbəsinin xüsusi komendaturasının müfəttişi Eldar Əhmədoviç Mahmudovun şəxsi işindən dəqiq məlumdur ki, o, 1982-ci ildə SSRİ KQB ilə könüllü əməkdaşlığa başlayıb. O, “Dağsiçanı” agentura ləqəbi ilə fəaliyyət göstərib. Yəqin ki, bu işində “Dağsiçanı” çox ciddi-cəhdlə çalışıb, çünki xüsusi xidmət orqanlarına işləməyə başlayandan dərhal sonra o, yəni Eldar Mahmudov xidməti pilləkənlə sürətlə yuxarı qalxmağa başlayır – onu Azərbaycan SSR DİN 5-ci şöbəsinin (nəzarət xidməti!) baş müfəttişi təyin edirlər".
AzPolitika.info-nun məlumatına görə, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun SSRİ KQB-nin agenti olması barədə bu iddiaları jurnalist, "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev irəli sürüb. E.Fətullayev son məqaləsində bu barədə bəhs edib. Həmin məqalədən ("Mahmudov dövlətə hücum edir") daha bir sitat:
"Daha bir müddət sonra SSRİ KQB-dəkı kuratorlarının dəstəyi ilə E.Mahmudov Bakının Kirov rayonunun milis şöbəsində operativ işə keçirilir. Rusiya xüsusi xidmət orqanlarının arxivləri cuğul Mahmudovun raportları və “donos”ları ilə doludur. Mümkün hal kimi qiymətləndirirəm ki, SSRİ dağıldıqdan sonra SSRİ KQB-nin xələfinin – Rusiya xüsusi xidmət orqanının nəzarətinə keçmiş Eldar Mahmudov xidməti pilləkəndə daha bir yüksəlişə nail olur – SSRİ DİN Mütəşəkkil cinayətkarlığa qarşı regionlararası idarəsində vəzifə sahibinə çevrilir..."
E.Fətullayev daha sonra yazır ki, E.Mahmudovun qudası Cahangir Hacıyevin də Rusiya xüsusi xidmət orqanları ilə bağlılığı olub: "Bax bu faktları heç kim, o cümlədən E.Mahmudov da inkar edə bilməz. Elə öz qudası Cahangir Hacıyevin Rusiya xüsusi xidmət orqanlarının bəzi yüksək vəzifəli generalları ilə əlaqələrinin təkzibolunmaz sübutları kimi. Yeri gəlmişkən, Azərbaycanda qarət etdiyi milyardları C.Hacıyev ölkədən kənara məhz bu generalların hazırladığı qeyri-qanuni sxemlərin köməyi ilə çıxarıb. 2005-ci ilin dekabr ayının 17-də Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Mərkəzi rayonu üzrə İstintaq idarəsinin əməkdaşları və İqtisadi təhlükəsizlik idarəsinin operativ şöbəsinin işçiləri Beynəlxalq Bankın Moskva filialında məhz pulların xaricə qeyri-qanuni daşınması ilə əlaqədar axtarış keçirmişdilər.
Təəssüf, amma hələ də Cahangir Hacıyevin və Eldar Mahmudovun ofşorlara göndərdikləri milyardları geri qaytarmaq mümkün olmayıb. Onlar tərəfindən daşınmaz əmlaka nəhəng aktivlər yatırılıb – C.Hacıyevin Londonda aldığı təkcə bir qədim qəsrin qiyməti yüz milyonlarla funtla ölçülür... Qərbdə yerləşən bütün əmlakdan hələ danışmırıq. Əmlak alqı-satqısı ilə məşğul olanlara görə. onların dəyəri milyardlarla ölçülür..."
V.Nəsibov


Şərhlər