Milli Məclisin deputatı, Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri olan oğlu Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına qısa münasibət bildirib.
Deputat R.Aslanova Publika.Az-a açıqlamasında oğlunun yeni vəzifəyə təyin olunması ilə bağlı ürək sözünün olmadığını deyib: “Oğluma yeni vəzifə verilməsi ilə bağlı heç bir ürək sözüm yoxdur. Nə varsa, mətbuatda yazılıb”.
Daha sonra R.Aslanova sualımızı bu cür cavablandırıb: “Salamat olun, Allah qoysa görüşərik”.
Qeyd edək ki, R.Aslanovanın bu aşıqlamasl onun da oğlunun yeni təyinatından razı qalmadığını söyləməyə əsas verir. Hər halda razı olsaydı, buna görə prezidentə, ölkə rəhbərliyinə, ən azı nazir Əli Abbasova təşəkkürünü ifadə edərdi. Ançaq "heç bir ürək sözüm yoxdur" deməklə bu təyinatın onu sevindirmədiyini nümayiş etdirib.
Əslində R.Aslanovanı başa düşmək də çətin deyil. Elnur Aslanovun əvvəlki vəzifəsi ilə müqayisədə indiki təyinatı həddindən artıq kiçikdir. Elnur Aslanov əvvələr ölkə rəhbərliyində olan siyasi bir fiqur kimi təqdim olunurdusa, indi nazirliklərin birində sıradan bürokrata çevrilib.
Təsdüfü deyil ki, yaxın dostu olan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz edib. O, “Nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır. Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur” – deyə F.Məmmədov bildirib.
MURAD
AzPolitika.info

Şərhlər