“Rus təyyarələrinin F-22-lərlə bacarması mümkün olmayacaq”
ABŞ-ın ”The National İnterest” jurnalında Ukrayna ətrafında yaranmış hərbi vəziyyətlə bağlı “ABŞ-ın gizli silahı Rusiyanı durdura bilər” sərlövhəli maraqlı məqalə dərc olunub. Müəllifi Robert Spoldinq - Beynəlxalq Münasibətlər Mərkəzinin hərbi məsələlər üzrə mütəxəssisi, 509-cu bombardımançı aviapolkun keçmiş komandir müavini olan məqalədə Rusiyanı necə durdurmağın yolları barədə danışılır. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.
“Hal-hazırda Ukraynanı onun sərhədlərinə yığılmış iri rus hərbi birləşmələri təhdid edir. Rusiya Krımı ilhaq edib və onun ordusu bu əyalətdəki nəzarətini gücləndirməklə məşğuldur. Amma ruslar inandırırlar ki, onların Ukraynaya müdaxilə etmək niyyətləri yoxdur. Bu sözlərə sadəcə olaraq şübhə ilə yanaşmaq lazımdır. Ona görə ki, onların Ukraynaya istənilən an müdaxilə etmək imkanları var və niyyət məsələsini isə hərdən dəyişən məfhum kimi qəbul etmək gərəkdir. Çoxları belə güman edir ki, Ukrayna böhranında hərbi metodlardan istifadə etmək olmaz. Şübhə yoxdur ki, Qərbi Avropa ilə ABŞ Rusiya ilə münaqişəyə can atmır, ancaq əgər biz Ukraynanı müdafiə etməsək, onda bu rusları vəziyyəti daha artıq dərəcədə gərginləşdirməyə tərəf yönəldəcək. Strateji məsələlər üzrə nüfuzlu mütəxəssis olan Frits Kremer (bir neçə müdafiə nazirinin məsləhətçısi olub) hesab edir ki, rəqibi təxribata çəkməyin iki üsulu var. Birincisi, özünü təhlükə yarada biləcək tərzdə apararaq düşməni hərəkətə gətirməyə sövq etmək. İkincisi isə özünü zəif göstərərək, digər tərəfin riskli avantüraya getməsinə imkan yaratmaq.
Nə vaxt ki, söhbət Birinci İrak müharibəsindən gedirsə, çox adamlar İrak ordusunun Küveytdən necə vurulub çıxarılması kampaniyasını xatırlamağa başlayır. Ancaq buna baxmayaraq, müttəfiqlərin “Səhrada fırtına“ əməliyyatından əvvəl hərbi aviasiya qüvvələrinin oynadığı rol, yəqin ki, az adamların yadına düşər. 2 avqust 1990-cı ildə İraq Küveytə soxulmuşdu. Demək olar ki, elə həmin anda da ABŞ Səudiyyə Ərəbistanının təhlükəyə məruz qaldığını bəyan etdi. 7 avqust tarixində bu ölkəyə ilk F-15 hərbi təyyarə kontingenti göndərildi. Bu kontingentin əsas işi İrak hərbi qüvvələrinin S.Ərəbistanına havadan ola biləcək hücumların qarşısını almaq məqsədi daşıyırdı. Bu isə bizə diplomatik təşəbbüslə vaxt udmaqla yanaşı, Səudiyyə hökumətinə qarşı olan təhlükə alovunu söndürmək imkanı da verdi. Həmin əməliyyat ABŞ-ın öz hərbi kontingentindən istifadə edərək, rəqibi dayandırdığı çoxsaylı hadisəlrdən yalnız biridir.
Kennedi dövründə SSRİ qərb dövlətlərinə hərbi hissələrinin Qərbi Berlindən tam olaraq çıxarılması barəsində ultimatum göndərmişdi. Sonra isə onlar 13 avqust 1961-ci ildə Qərbi Almaniyada Berlin divarını tikdilər. Həmin ilin oktyabr, noyabr aylarında ABŞ “Pilləkən”(“Stair step”) kod adlı əməliyyat çərçivəsində Avropa ərazisində Milli Qvardiya Hərbi Hava Qüvvələrinin xeyli sayda qırıcı təyyarələrini yerləşdirdi. Bu isə öz növbəsində gələcək sovet aqresiyasının qarşısını almağa böyük yardım göstərdi. Divar isə bir müddət qalsa da sonradan söküldü.
Bu cür nümunələr düşmənin hərbi gücdən istifadəyə yönəlməsinə qarşı diplomatik səylərə əlavə imkan vermək yolunda hərbi rıçaqların nə dərəcədə mühüm olmasını qeyd etmək məqsədi ilə sadalanır. İnandırıcı hərbi imkanların köməyi olmadan danışıqlar aparılması heç bir real nəticə vermir. ”Yumşaq gücə” üstünlük verən diplomatlar çox vaxt “sərt gücü” hədsiz təxribatçı hesab edərək, bu tip metodları yaddan çıxarırlar. Hərbi kontingentin göndərilməsi həmişə eskalasiya kimi başa düşülməməlidir. Bəzi hallarda belə hərəkətlər təmiz müdafiə addımları sayılır.

Birincisi, Putini və onun kimi düşünənləri başa salmaq lazımdır ki, İkinci Dünya müharibəsindən sonra yaranmış mövcud qayda-qanunu pozanlara qarşı sərt cavab veriləcək.
İkincisi, Amerika tərəfindən müdafiə olunacaqları ümüdi ilə nüvə proqramlarından imtina edən ölkələrdə əminlik yaranacaq ki, ABŞ yalnız özü üçün təmkinli qüvvə rolunu oynamaq məsuliyyətini daşımaq fikrindədir.
Nəhayət isə davakar Rusiyanın təsirindən ehtiyyatlanaraq NATO-ya daxil olmaqdan çəkinən ölkələr heç bir qorxu keçirmədən bu alyansın cərgəsinə qoşula biləcəklər."

Şərhlər