Baş nurçunu işdən çıxartdıran da, işə təyin etdirən də anası olub!
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov yenidən vəzifəyə təyin olunması son ayların ən gözlənilməz hadisələrindən biri oldu. Məlim olduğu kimi, E.Aslanov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırıldıqdan təxminən 2 həftə sonra – aprelin 2-də Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
E.Aslanov onun “Gülən camaatı” ilə əlaqələrini təsdiq edən bir sıra gizli sənədlərin yayılmasından sonra vəzifəsindən azad olunmuşdu. Prezidentin sərəncamında istefaya göndərilmənin səbəbi haqda heç nə yazılmasa da, E.Aslanovun məhz “Gülən camaatı” ilə əlaqələrinə görə işdən çıxarıldığı şübhə doğurmurdu. Elə isə nə baş verdi ki, o, 2 həftə sonra yenidən vəzifəyə təyin olundu?

Biz evdə ana-balayıq, ancaq biz siyasətçilərik, mənim sənin köməyinə və məni müdafiə etməyinə heç bir ehtiyacım yoxdur, mən özüm-özümü müdafiə etmək iqtidarında olan birisiyəm.
Bu, bir ana kimi məni çox sevindirdi. Başa düşdüm ki, ana olaraq həmin səddən o yana keçmək mümkün deyil və buna ehtiyac da yoxdur. Vətəninə, xalqına, dövlətinə sədaqətli bir övlad böyütdüyümə görə qürur hissi yaşadım.
Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gələ bilən GÜCLÜ SİYASƏTÇİDİR. Ona görə də onun işinə qarışmıram”.
Bizə verilən məlumata görə, R.Aslanovanın məmur oğlu barəsində bu təqdimatı Prezident İlham Əliyevin qərarını qətiləşdirən əsas amil olub. Təsadüfi deyil ki, E.Aslanov vəzifəsindən uzaqlaşdırılsa da, Prezident Administrasiyasındakı digər nurçular işlərinin başında qaldılar və indi də qalırlar. Bu fakt onu sübut edir ki, E.Aslanovun vəzifəsindən uzaqlaşdırılması sırf nurçu məsələsi ilə bağlı olmayıb.
Maraqlıdır ki, E.Aslanovun işdən çıxarılması kimi, yenidən vəzifəyə qaytarılmasında da R.Aslanovanın rolu olub. Bizə verilən məlumata görə, bu 2 həftə ərzandə R.Aslanovanın döymədiyi qapı, xahiş-minnətə getmədiyi adam qalmayıb.

Bütün bunlara baxmayaraq, E.Aslanovun yenidən vəzifəyə qaytarılması üçün Prezidentin razılığının alındığı şübhə doğurmur. Əli Abbasov İlham Əliyevdən razılıq almadan heç vaxt belə bir təyinata imza ata bilməzdi. Görünür R.Aslanovanın 2 həftəlik əfv diləklərindən sonra Prezidentin də mövqeyi yumşalıb.
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər